Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd.
Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir.
Tanınmış şəxsləri
Mənbə
Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.