Caqar
Caqar | |
---|---|
41°20′38″ şm. e. 48°11′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.258 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır.[3]
Coğrafiyası və iqlimi
Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir.
İqtisadiyyatı
Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
İstinadlar
- ↑ https://www.stat.gov.az. 2009, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.
- ↑ Caqar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629