Cek Savoretti
Cek Savoretti | |
---|---|
Jack Savoretti | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Giovanni Edgar Charles Galletto-Savoretti |
Doğum tarixi | 10 oktyabr 1983[1] (41 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı müəllifi |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | Pop rok, Folk-rok, Alternativ rok |
Musiqi alətləri | səs, gitara, piano |
Albom şirkətləri | EMI, BMG Chrysalis |
jacksavoretti.com | |
![]() |
Cek Savoretti (ing. Jack Savoretti, 10 oktyabr 1983[1], London) — Britaniya müğənnisi. Onun "Singing to Strangers" və "Europiana" albomları Böyük Britaniyanın Albums Chart sıralamasının birinci pilləsinə ucalıb.
Həyatı
İtalyan ata və yarı alman, yarı polyak anadan olan Cek Savoretti 10 oktyabr 1983-cü ildə Uestminsterdə doğulub. Yeniyetmə yaşlarında o poeziyaya böyük maraq göstərir. 16 yaşında gitara çalmağa başlayır, 18 yaşında isə artıq "De-angelis Productions" ilə ilk müqaviləsini imzalayır.
Albomlar
- Between the Minds (2007)
- Harder Than Easy (2009)
- Before the Storm (2012)
- Written in Scars (2015)
- Sleep No More (2016)
- Singing to Strangers (2019)
- Europiana (2021)
İstinadlar
Xarici keçidlər
- Cek Savoretti — IMDb səhifəsi