Corc E. Smit

Corc E. Smit
ing. George Elwood Smith
Doğum tarixi 10 may 1930(1930-05-10)[2][3][…] (93 yaş)
Doğum yeri
Vətəndaşlığı
Elm sahələri fizika, Görüntünün emalı[1]
İş yeri
Təhsili
Üzvlüyü
  • Amerika Fizik Cəmiyyəti[d][5]
Mükafatları Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Elvud Smit (10 may 1930[2][3][…], Uayt-Pleyns[d], Nyu-York ştatı) — 1930-cu ildə Nyu-Yorkda anadan olan Amerikan fizik. Willard Boyle ilə CCD-nin ortaq ixtiraçısı və 2009 Nobel Fizika Mükafatının Willard Boyle və Charles K. Kao ilə ortaq sahibi.

Həyatı

Corc Smit White Plainsdə, Nyu-Yorkda 1930-cu ildə dünyaya gəlmişdir. Uşaqlığı müddətində ABŞ-nin fərqli əyalətlərində yaşamış və müxtəlif məktəblərdə davam etmişdir. 1948-ci ildə lisey təhsilini bitirdiyində ABŞ donanmasına qatılmışdır. Koreya Müharibəsi davam edərkən ordudakı vəzifəsinə davam etmişdir. Mayami Universitetində kifayət qədər dərs aldıqdan sonra Pensilvaniya Universiteti nə 1952-ci ildə qəbul olmuş, Koreya Müharibəsi əsnasında orduda vəzifə aldığı üçün GI Qanununa əsasən universitetə ​​təqaüdlü qeydiyyat etdirmişdir. 1955-ci ildə fizika sahəsində məzun olmuş və dərhal sonrasında evlənmişdir. 1959-cu ildə doktorluq təhsilini tamamlayıb, birbaşa Bell Labararotoriyasına qatılmışdır. Burada Bill Boyl (Willard S. Boyle)un başçılıq etdiyi yeni bir araşdırma hissəsində işə girmişdir. Bu dövrdə qeyri-metalların elektron xüsusiyyətləri üzərində araşdırmalar etmişdir. Daha sonra Bill Boylun mülahizəsi üzərinə Bell Labarotoriyasında yeni açılan Vasitə konsept adlı hissənin başına gətirilmişdir. 1969-cu ildə Boyl ilə birlikdə CCD alətini icad etmişdir. Karyerası boyunca 31 patent və 40 elmi məqalə çıxarmış, IEEE, Amerikan Fizika Birliyi ( American Physics Society ) və Milli Mühəndislik Akademiyasının elmi məclisində iştirak etmişdir 2009-cu ildə aldığı Nobel mükafatı xaricində

  • 1973 Ballantin Medalı ,Franklin Institute — "CCD'nin icadı vəsiləsiylə."
  • 1974 Morris N. Liebman Mükafatı — "CCD'nin icadı vəsiləsiylə."
  • 1986 İnkişaf Mükafatı Photographic Society of America- "CCD'nin icadı vəsiləsiylə."
  • 1999 IEEE Alət Araşdırma Konfransı Mükafatı — "CCD'nin icadı vəsiləsiylə."
  • 1999 Kompüter və Əlaqə Mükafatı- "CCD'nin icadı vəsiləsiylə."
  • 2001 Edwin Land Medalı
  • 2006 Charles Stark Draper Mükafatı

kimi mükafatlara da layiq görülmüşdür.

Elmi fəaliyyəti

CCD

CCD
CCD (İngiliscə Charge coupled Device ) 19 oktyabr 1969-cu ildə Boyl və Smit tərəfindən Bell labarotoriyasında icad edilmişdir. CCD ölçü alətləri və sensor dizaynında yeni yollar açmışdır. Rəqəmsal fotoaparatlar, görüntü sensorları, və optik skanerlər başda olmaq üzrə bir çox sahədə istifadə edilməkdədirlər.

İstinadlar