Dəmiryolu nəqliyyatı

Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır.

Tarixi

Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir.

İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir. Bu yol Çariston və Oqasta şəhərlərini birləşdirmişdir. Fransada ilk dəmir yolu 1833-cü ildə, Almaniyada və Belçikada 1835-ci ildə, Rusiyada 1837-ci ildə (Peterburq — Üarskoe Selo arasında 26 km) çəkilmişdir. Azərbaycanda ilk dəmiryolu 1878–1879-cu illərdə Bakı və Balaxanı arasında çəkilmişdir. 1880-ci ildə isə həmin yolun neft sahələrinə gedən hissəsi işə salınmışdır (Bakı — Balaxanı — Sabunçu — Suraxanı). Həmin dövrdə Bakı neftinin Qara dəniz limanlarına çıxarılması zərurəti artırdı. Ona görə də neft sənayesi sahibkarlarının vəsaiti ilə Bakı-Tiflis dəmir yolu çəkilməsinə başlanmış və 1883-cü ildə işə salınmışdır. Beləliklə 1900-cü ildə Bakı-Dərbənd xətti birləşdirilmişdir. 1908-ci ildə Tiflis-Yerevan-Uluxanlı-Noraşen-Culfa dəmiryolunun, 1941-ci ildə Ələt-Culfa xətti, sonralar digər yollar da çəkilmişdir. Hazırda Azərbaycanda dəmiryolunun uzunluğu 2008 km (o cümlədən elektrikləşdirilmiş yollar 1111 km) təşkil edir.

Beləliklə həmin illərdə gərgin dəmiryolu tikintisi başlan- mışdır.1850–1900-cü illər arasında dünyada 800 min km dəmiryolu istifadəyə verilmişdir. 1920-ci ildə dəmiryolunun uzunluğu 1,2 mln. km-rə çatmışdır. Əlbəttə bütün bunlar dünya təsərrüfatının formalaşmasına güclü təsir edirdi. Lakin digər nəqliyyat növləri də inkişaf etdiyi üçün 1920-ci illərdən 1970-ci illərədək dəmiryolu nəqliyyatının inkişafı zəifləmişdir. Nəticədə dünya üzrə yük və sərnişin daşımalarında onun xüsusi çəkisi azalmışdır. Bununla yanaşı dəmiryolu şəbəkəsində genişlənmə, yeni texnologiyaya keçilməsi, elektrikləşdirmə, mexanikləşdirmə və avtomatlaşdırılma sisteminə keçilməsi, hesablama texnikasından istifadə edilməsi, sürətli qatarlara keçid və s. artmışdır. Beləliklə, 1990-cı illərin ikinci yarısına dəmiryolu nəqliyyatındakı vəziyyət sabitləşmişdir. 2000-ci ilə dünya üzrə dəmiryolunun uzunluğu 67 ölkənin misalında təqribən 900 min km-dir. Bu kimi sabitləşməyə baxmayaraq bəzi ölkələrdə dəmir yolu tikintisi aparıldığı halda,bəzilərində əksinə mövcud dəmir yolunun sökülməsi və azaldılması müşahidə olunur. Rusiya kimi böyük əraziyə malik olan ölkədə 1970–1980-ci illərdə dəmiryolunun uzunluğu 225 min km olduğu halda hazırda 160 min km-dir. Bununda 70 min km-i yeraltı və digər xətlərdən ibarətdir. Rusiyada cəmi yük dövriyyəsi 1,2 trln. t/km təşkil edir. Son dövrlərdə dəmiryolu quruculuğunda həyata keçirilən ən mütərəqqi istiqamətlərdən biri yüksək sürətli magistiral xətlərə keçilməsidir. Saatda 200–300 km sürətlə gedən ekspress sərnişin qatarlarından istifadə artmışdır. Belə yolların ilk təşkilatçısı Yaponiya və Fransa olmuşdur. Sonra belə yolların çəkilişini Almaniya, İtaliya, ABŞ (Vaşinqton — Nyu-York, Los- Anceles — Las-Veqas arasında), Koreya Respublikası (Seul-Pusan arasında) və Çin həyata keçirmişlər.

Ümumi məlumat

Dəmiryol xətlərinin ümumi uzunluğuna görə ərazicə böyük və əsasən inkişaf etmiş ölkələr fərqlənirlər[1] 

Dəmiryollarının uzunluğuna görə dünyanın aparıcı ölkələri

Ölkələr Dəmir yollarmın uzunluğu (min km)
1 ABŞ 226,6
2 Rusiya 87
3 Çin 86
4 Hindistan 63,2
5 Almaniya 48,2
6 Kanada 48,1
7 Avstraliya 38,5
8 Argentina 32
9 Fransa 29,3
10 Braziliya 29,2

Dəmiryol nəqliyyatı quru nəqliyyatının əsas növlərindən biri olaraq, dünyada ümumi yük və sərnişin daşımalarının təxminən 10%-ni təmin edir. Ölkədə dəmiryol nəqliyyatının inkişaf soviyyəsini oks etdirən digər göstəricilərdən biri onların sıxlığıdır. Bu baxımdan aparılan təhlil onu göstərir ki, dəmiryol xətləri daha sıx olan ərazilər sahəcə orta və kiçik ölçülü ölkələr üçün səciyyəvidir. Qloballaşma dövründə dəmiryol xətlərinin salınmasında transkontinental magistral layihələr mühüm əhəmiyyət kəsb edir. Artıq tarixi İpok yolu marşrutu üzrə, uzunluğu 10 min km-ə çatan, dəmiryol şəbəkəsi yaradılır. Bu layihəyə əsasən Qərbi Avropa ölkələri ən qısa yolla Çinə yükbrini daşımaq imkanı əldə edəcəklər. Daha dəqiq desək, İstanbuldan daşınan yüklər, istifadə edilən ənənəvi yollardan fərqli olaraq zaman çərçivəsində Pekinə təxminən 30% daha tez çatdınlacaqdır.

Dəmir yollarınınn sıxlığına görə dünyanın aparıcı ölkələri

N Olkələr Dəmiryol xətlərinin sıxlığı (km/min km²)
1 Belçika 313.2
2 Almaniya 125
3 Isveçrə 121.1
4 Polşa 85
5 Yaponiya 75
6 Böyük Britaniya 70
7 İtaliya 65
8 Fransa 60

Dəmir yol nəqliyyatnıın salmmasında relyef amili böyük rol oynayır. Belə ki dağlıq ərazilərdə dəmir yollarınm salınması və lokomotivlərin istismarı daha baha başa gəlir. Bu səbəbdən dünyada istismarda olan dəmiryol xətlərinin təxminən 85%-i 1000 metr hündürlüyə qədər olan ərazilərdə salınmışdır.

Azərbaycanda dəmiryol nəqliyyatının yaradılması

Azərbaycanda nəqliyyatın bütün növləri inkişaf etmişdir. Yükdaşımalardan dəmiryolu nəqliyyatı mühüm yer tutur. Onların ümumi uzunluğu 2120 km-dir. 1878–79-cu il Bakı – Balaxanı istiqamətində ilk dəmiryolu xətti çəkilib. 1883-cü il Bakı – Batumi, XX əsrin əvvəlləri Bakı – Dərbənd, əsrin 40-cı il Ələt – Culfa dəmiryolu xətti istifadəyə verilib. Bakının ətrafında dairəvi dəmiryolu xətti fəaliyyət göstərir. 1986-cı il Yevlax – Balakən dəmiryolu xətti çəkilib. Dəmiryolu nəqliyyyatı ilə neft, neft məhsulları, metal, maşın və avadanlıq, ərzaq və meşə materialları daşınır. Şəhərdaxili sərnişin daşınmasında metro mühüm rol oynayır.

Teplovoz (solda) və elektrovoz (sağda)

Maraqlı məlumatlar

Dünyada ən uzun dəmiryol xətləri ABŞ-də — 224 792 kilometr, ən qısası isə Vatikandadr — 852 metr.

Ədəbiyyat

Həmçinin bax

İstinadlar

  1. Dünyanın iqtisadi və sosial coğrafiyası, dərslik, səh 595