Dərbənd (qəzet)
Dərbənd | |
---|---|
Yaranma tarixi | 1920 |
Dil | Azərbaycan dili, rus dili |
Baş ofis | |
Ölkə |
|
derbend.ru |
"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir.
Tarixi
Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan füqarası" adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar.
1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı". Daha sonradan isə "Leninçi" adını alır. 1990-cı illərin əvvəllərindən isə bugünkü adını alır.[1]
1920–1922-ci illərdə Buynakskda, 1922 və 1924–1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cu ildən Dərbənddə dərc olunur.
Həmçinin bax
İstinadlar
- ↑ "От «Шура Дагестан» к республиканской газете «Dərbənd»". derbend.ru. 2017. 2024-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.