Dərman zəncirotu
Dərman zəncirotu | |
---|---|
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cichorieae Yarımtriba: Crepidinae Cins: ???: Dərman zəncirotu |
|
Beynəlxalq elmi adı | |
Dərman zəncirotu (lat. Taraxacum officinale) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Dərman zəncirotu hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır.
Yarpaq
Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir.
Çiçək
Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir. Dilcikşəkilli çiçəklər açıq və ya tutqun-sarı rəngdədir, bir qədər qın yarpaqlarından uzundur.
Meyvə
Toxumları açıq-qəhvəyi rənglidir, uzunluğu 3-3,5 mm-dir, yalnız təpə hissəsində qısa piramidalı olub, sivri-qabarıqdır; buruncuğu nazikdir, 3-4 dəfə toxumdan uzundur; kəkili ağ rəngdədir, 2-2,5 dəfə buruncuqdan qısadır.
Çiçəkləməsi
Aprel-İyun
Meyvə verməsi
May-İyun
Azərbaycanda yayılması
BQ (Quba), BQ qərb, KQ mərkəzi. Orta və subalp qurşaqlarında.
Yaşayış mühiti
Meşələrdə, talalarda, çəmənlərdə rast gəlinir.
Təbabətdə
Dərman zəncirotunun qurudulmuş kökləri iştahasızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu dərman kimi işlədilir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır.