Dağ Kəsəmən
Kənd | |
Dağ Kəsəmən kəndi | |
---|---|
41°05′56″ şm. e. 45°23′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tabesində | Ağstafa Rayon İcra Hakimiyyəti |
Rayon | Ağstafa rayonu |
İnzibati ərazi dairəsi üzrə nümayəndə | İbrahim Qiyasbəyov |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 508 m |
İqlimi | Subtropik |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 8.000+ nəfər (2021) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (22) 22 |
Poçt indeksi | AZ0515[1] |
Dağ Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsində kənd.[2][3]
Əhalisi
Diqqətəlayiq şəxsləri
- İbrahim Rəhimov — həkim diplomu almış ilk azərbaycanlı, Azərbaycanın ilk psixiatr həkimi.
- Sona Vəlixan — Azərbaycanın ilk qadın göz həkimi.
- Müseyib Allahverdiyev — Sovet İttifaqı Qəhrəmanı.
- Abdulla Allahverdiyev — Azərbaycanın Daxili İşlər naziri, polis general-mayoru.
- Şəmistan Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur.
- Süleyman Tatlıyev — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi.
- Barat Qaravəliyev — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi.
- Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru.
- Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanın ilk orqan ifaçısı.
- Sabir Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964).
- Məmməd Abdullayev - fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir.
- Arif Qədiməliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
- Pərvin Hacıyev — Azərbaycan Sərhəd Qoşunlarının polkovnik–leytenantı, İkinci Qarabağ müharibəsi veteranı, "Zəfər" ordeni laureatı.
İqtisadiyyatı
Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğuldur. Kənd 2010-cu ilin sentyabrında təbii qazla təmin olunmuşdur.[4] Dağ Kəsəmən kəndi su ilə təmin edilməmişdir, sakinlər su problem yaşayırlar.[mənbə göstərilməlidir]
Mənbə
- AĞSTAFA
- İsmayıl Umudlu. Dağ Kəsəmən. Yurd bilgisi, insanlar, talelər. "Apostrof" nəşriyyatı, Bakı, 2009. 488 səh.
İstinadlar
- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-23.
- ↑ Ağstafa kəndlərinin qazlaşdırılması davam etdirilir – ganca.az[ölü keçid]