Diggerlər

Diggerlərin manifesti, 1649

Diggerlər (ing. Diggers, "yerqazanlar"), özlərini adlandırırdılar — "həqiqi levellerlər" (ing. True Levellers) — 1649-cu ildə, İngiltərə burjua inqilabı illərində meydana gəlmiş şəxsi mülkiyyət, ilk növbədə isə torpaq üzərində şəxsi mülkiyyət əleyhinə çıxan yoxsul kəndlilər hərəkatı.

Tarixi

Diggerlər özlərini "həqiqi levellerlər" adlandırırdılar. Diggerlər xüsusi mülkiyyətin əleyhinə idilər. Torpaq sahibliyinə qarşı çıxan diggerlər dinc yolla mübarizə aparırdılar. Onlar icma torpaqlarını belləyir və bütün yoxsulları onlara qoşulmağa çağırırdılar. Torpaq sahibliyinə qarşı çıxan diggerlər dinc yolla mübarizə aparırdılar. Onlar icma torpaqlarını belləyir və bütün yoxsulları onlara qoşulmağa çağırırdılar. Diggerlər bu yolla çoxlu tərəfdar toplamağa və xüsusi mülkiyyət olmayan bir cəmiyyət qurmağa ümid edirdilər. Onlar əslində özlərini həqiqi xalq müdafiəçiləri adlandırırdılar. Diggerlərin rəhbəri Cerard Uinstenli olmuşdur. Ancaq diggerlər istəklərinə nail ola bilmədilər.1649-cu ildə islahatları konstitusiya yolu ilə keçirməyin mümkünsüzlüyünü anlayan levellerlər Solsberidə üsyana başladılar. Kromvel və Ferfaks onlara qarşı süvari qoşunların ən yaxşı hissələrini göndərdilər. 14 maydan −15 maya keçən gecə üsyançılar darmadağın edildilər. Ancaq inqilabın demokratik qüvvələrinin dağıdılması respublikanın sosial bazasını daraltdı və bu da son nəticədə Respublikanın süqutunu şərtləndirdi.

Ədəbiyyat

İstinadlar