Eduard Markarov
Eduard Markarov erm. Էդուարդ Արտյոմի Մարգարով | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Eduard Artyomoviç Markarov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() ![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 164 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 62 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | vitse-prezident, məktəb direktoru | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Eduard Markarov (20 iyun 1942[1][2], Bakı[2]) - erməni əsilli Azərbaycan futbolçusu.
Həyatı
Eduard Markarov 1942-ci il iyunun 20-də Bakıda doğulub. Futbol oynamağa Azərbaycan paytaxtının "Lokomotiv" gənclər komandasında başlayıb, daha sonra Armavir (Rusiya) "Torpedo"sunda forma geyib.
1961–1970-ci illərdə Bakının Neftçi Bakı komandasının şərəfini qoruyub. 1971–1975-ci illərdə İrəvanın "Ararat" komandasında oynayıb.
SSRİ yığma komandasının heyətində 3 rəsmi oyuna çıxmış E.Markarov 159 qolla Qriqori Fedotov klubunun üzvüdür. Məşhur hücumçu SSRİ birinciliyinin bürünc (1966), gümüş (1971) və qızıl (1973) medallarının sahibidir. 1973-cü ildə SSRİ Kubokunu qazanıb. SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub.
Məşqçi karyerasına İrəvanda başlayan E.Markarov bir müddət Livanda çalışıb. Hazırda Ermənistanın "Mika" komandasının sükanı arxasında dayanır.
İyulun 3-də Azərbaycan paytaxtına səfər edərək prezident İlham Əliyevlə görüşmüş Ermənistan nümayəndə heyətinin tərkibində bakılı veteran futbolçu Eduard Markarov da olub.
Mənbə
İstinadların sınaq göstərişi
- ↑ Eduard Markarov // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Հայկական սովետական հանրագիտարան (erm.). Երևան: 1981. C. 7. S. 303.