Elron
Eesti Liinirongid AS | |
---|---|
Ölkə: | |
Tipi: | Səhmdar Cəmiyyəti |
Qərargahı: | Tallin |
Təsis etmə tarixi: | 1998 |
Veb-saytı: | elron.ee/ru |
Eesti Liinirongid AS, ticari adı Elron (2013-ci ilə qədər Elektriraudtee AS) — Estoniya dövlət şirkəti, Tallin və Haryumaa şəhərlərində gediş qatarlarının eləcə də Estoniyada çalışan dizel qatarlarının operatoru. Şirkətin baş qərargahı Tallində yerləşir.
Tarixi
Səhmdar cəmiyyət olan Elektriraudtee 23 dekabr 1998-ci ildə Estoniya Dəmiryolunun (Eesti Raudtee) yenidən qurulması və özəlləşdirmə proqramına uyğun olaraq ayrılması nəticəsində təşkil olunmuşdur. Elektriraudtee şirkəti təşkil olunarkən onun səhmlərinin 100 % Eesti Raudtee mənsub idi. 15 noyabr 2000-ci ildə isə onun bütün səhmləri Estoniya hökumətinə həvalə edilir[1].
Rəhbərlik
2012-ci ilin əvvəllərinə kimi şirkət səhmlərinin 100 % Estoniya İqtisadiyyat və Rabitə Nazirliyinə məxsus idi.
Şirkətin rəhbəri Andrus Ossip[2] idi.
Fəaliyyət
2014-cü ildən etibarən şirkət Tallində və paytaxt ətrafı qəza olan Haryumaada elektrikləşdirilmiş marşrutlarda nəqliyyatın təşkilində, habelə elektrikləşdirilməmiş marşrutlarda şəhərlərarası nəqliyyatda ixtisaslaşmışdır. 2009-cu ildən etibarən Elektriraudtee 8 maşrutdan iki əsas istiqamətdə daşımaları həyata keçirir - şərq və qərb (elektriklənmiş dəmir yollarının ümumi uzunluğu 131,6 km)[1]:
- Tallin — Aeqviydu — Tallin;
- Tallin — Riyzipere — Tallin;
- Tallin — Paldiski — Tallin;
- Tallin — Klooqa-Rand — Tallin;
- Tallin — Keyla — Tallin;
- Tallin — Pyaeskyola — Tallin.
1 yanvar 2014-ci ildə daxil edilmiş elektrikləşdirilməmiş maşrutlar:
- Tallin — Vilyandi — Tallin;
- Tallin — Tyuri — Tallin;
- Tallin — Rapla — Tallin;
- Tallin — Pyarnu — Tallin (8 dekabr 2018-ci ildə yolların qeyri-qənaətbəxş olması səbəbiylə mçaşrut ləğv edildi);
- Tallin — Tartu — Tallin;
- Tartu — Valqa — Tartu;
- Tartu — Koydula — Tartu;
- Yıqeva — Tartu — Yıqeva;
- Tallin — Narva — Tallin;
- Tallin — Rakvere — Tallin (1 iyun 2014-cü ildən).
2013-cü ilin iyul ayına qədər şirkət parkının əsasını 1970-ci illərdə Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ER2 və ER12 elektrik qatarları olmuşdur. Bu qatarlar modernləşdirilsə də, texniki və mənəvi köhnəlmə səbəbi ilə Stadler Rail[3][4] qatarları ilə əvəzlənmişdir. 2014-cü il yanvarın 1-dən etibarən şirkət eyni eyni şirkətin dizel qatarlarınıda almışdır[5].
Fəaliyyət göstəriciləri
2009-cu ildə şirkətin elektrikli qatarları ilə 3,08 mln səfər təşkil etmişdir (2009-ci ilin analoji dövrü ilə müqayisədə 6 % az).
Şirkət gəlirləri 2010-cu ildə 34,5 mln kron (2009-cu ildə — 35,7 mln kron), xalis gəlir — 757,2 min kron (2009-ci ildə 3,7 mln kron)[6].
İstinadlar
- ↑ 1 2 "Elektriraudtee". // ru.elektriraudtee.ee. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
- ↑ "АО Elektriraudtee подписало договор о поставке новых поездов". // rus.delfi.ee. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
- ↑ "Elektriraudtee opts for Stadler Flirt trains". // railwaygazette.com. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
- ↑ Urmas Tooming. "Elektriraudtee ostab 18 tuliuut elektrirongi". // tallinnapostimees.ee. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
- ↑ "Старт первого поезда Elron из Пярну не обошелся без неурядиц (галерея)". // rus.postimees.ee. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-1-2.
- ↑ "Majandusaasta aruanne 2010 (2010-ci ilin hesabatı)" (PDF). // ru.elektriraudtee.ee. İstifadə tarixi: 2012-2-14.[ölü keçid]
Mənbə
- Şirkətin rəsmi saytı (rus.)