Engels
Engels | |
---|---|
Энгельс | |
51°30′06″ şm. e. 46°07′20″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1747 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 20 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8453 |
Poçt indeksi | 413100 |
Digər | |
engels-city.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Engels — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir
Tarixi
Əlbəttə "Abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır" deyənlər yanılmırlar. Kiçik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər. 1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiya göndərmişdir. Rusların tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib. Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı torpaqdan olan bu göl həqiqətən qızıl kimi parlayır) yerli tatar və kalmıkların tələffüzündə Altun~Alton adlanıb, sonradan rusca Elton şəklinə düşmüşdür. Çemadurov senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun hasil edilməsinin məqsədəuyğun olduğunu xəbər verir. Indi Çemadurovun öhdəsinə duzun daşınması qayğısı düşürdü. Volqanın sol sahilində duz anbarları üçün əlverişli yer axtararkən Bakır (Bakur) kəndi onun nəzərini cəlb etdi. Burada duz anbarları tikdirməyi qərara aldı. Tezliklə hökumətin təşəbbüsü ilə Malorossiya çumakları (arabaçıları) bura işləməyə gəldilər. Kənd tezliklə böyüdü. Indi bu yeni əhali – xristian sakinlər üçün kilsə lazım idi. Şəhərcikdə Pokrov kilsəsi tikildi. Bunun ardınca Slaboda dərhal Pokrovskoe adlanmağa başladı. Şəhərin ortasındakı Sapsay gölünü qurutdular, şəhər ərazicə genişləndi. Indi burada ruslar, ukraynalılar, ermənilər, tatarlar yaşayırdılar. N. Baskakov "bakur, baqur" türk sözünün qıpçaq dillərində bitki adı bildirməsini göstərir. Həm də müasir türk dillərində və qədim yazılı mənbələrdə mis, bürünc adını bildirən bakır sözü vardır. Hər bir halda bunun rəng adı olub torpağın rəngiylə bərabər meydana gəldiyini düşünmək olar. Gürcüstanın da xəritəsində bu ada azacıq fonetik dəyişikliklə-Bakuriani rast gəlinir. Bakır Baş (Krımda dağ), Bakır Tau (Yekaterinburqda dağ), Bakır gölü (Başqırdıstanda) və s göstərə bilərik. Bakır (Pokrovskoe) 1914-cü ildə şəhərə çevrildi. 1931-ci ildə onun adı dəyişdirilib fəhlə hərəkatının ideoloqu Fridrix Engelsin şərəfinə Engels şəhəri adlandırıldı. Şəhəri Volqanın kiçik qolları olan Sazan, Belaya(Ak), Volojka, Stav çayları əhatə edirdi. Bu çaylar ta qədimdən sakinləri yedirdib, bəsləyirdisə də yaz-yay daşqınları zamanı əhali əziyyət çəkirdi. Indi yüksək və möhkəm sədlər çoxmərtəbəli yaşayış evləri olan qədim Bakır, bugünkü müasir Engels şəhərini daşqından, dağıntılardan mühafizə edir. Volqa çayından tamaşa etdikdə 3 km uzunluğunda olan bu sədd görünür. Məhz burada Bakır çölündəki əkin sahəsinə 1961-ci il aprelin 12-də Yuri Qaqarin kosmosa uçuşundan sonra yerə enmişdir.
Mənbə
- Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
İstinadlar
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |