Epik sikl

Epik sikl (yun. Ἐπικὸς Κύκλος) və ya Troya siklı — daktil heksametrdə yazılmış və Troya müharibəsi hekayəsi ilə bağlı qədim yunan epik şeirlərinin toplusu. Buraya "Kipriya", "Efiopida", "Kiçik İliada", "İlionun məhvi", "Qayıdışlar" və "Teleqoniya" adlanan əsərlər daxildir. Alimlər bəzən iki Homer dastanını, yəni "İliada" və "Odissey"i epik siklın poemaları sırasına daxil edirlər, lakin bu termin daha çox homerik poemalardan ayrı olaraq qeyri-homerik poemaları təyin etmək üçün istifadə olunur. Müasir elmdə Homer dastanları ilə epik sikl arasında tarixi və ədəbi əlaqələrin öyrənilməsinə neoanaliz deyilir.

"İliada" və "Odisseya"dan fərqli olaraq, epik dövrün əsərləri yalnız son antik dövr və Bizans dövrünün mənbələrində fraqmentlər və qısa xülasə şəklində qorunub saxlanılmışdır.

Epik sikl qədim yunanların qaranlıq əsrlərində inkişaf etmiş və qismən yerli qəhrəman kultlarına əsaslanan şifahi ənənənin ədəbi formada ifadəsi idi. Ədəbi dastanların götürüldüyü ənənəvi material Dəmir dövrü və qədim Yunanıstan tarixinin sonrakı dövrləri nöqteyi-nəzərindən Tunc dövrünün Mikena mədəniyyətini əks etdirirdi.

Sübutu

Herodot e.ə. V əsrin ortalarında "Tarix"ini yazarkən "Kipriya" və "Epiqonlar" haqqında bilirdi. O, birincisi üçün homerik müəllifliyini rədd etmiş və ikinci əsər üçün onu şübhə altına almışdır.[1]

B.e. II əsrinə qədər epik siklə ümumi çərçivədə qeydlər olmamışdır, lakin "Troya siklə", güman olunur ki, ən azı e.ə. IV əsrdən məlum idi, çünki Aristoksen "İliada"nın alternativ başlanğıcını qeyd edir.[2]

Aristotel özünün "Poetika" əsərində "Kipriya" və "Kiçik İlyada"nı süjetlərinin parça-parça olmasına görə tənqid edirdi.[3]

İstinadlar

  1. Martin Litchfield West «Epic Cycle» in Oxford Classical Dictionary 3rd. ed. Oxford; Oxford University Press 1999 p.707
  2. OCD3 p.531
  3. Aristotle Poetics 1459a-b.