Ev quşarmudu

Ev quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir.

Botaniki təsviri

Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.

Ekologiyası

Sərt şaxatalara davam gətirir. Yüksək temperatura davamsızdır.

Azərbaycanda yayılması

Şəki, Zaqtala, Balakən rayonlarında mədəni şəratdə becərilir.

İstifadəsi

Dekorativ bitkidir, tək əkinlərdə istifadə olunur.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 477.

Həmçinin bax