Feminizm nəzəriyyəsi

Feminizm nəzəriyyəsi — gender bərabərsizliyinin mahiyyətinin aydınlaşdırılmasına yönəlmiş fəlsəfi diskurs; Antropologiyasosiologiya, kommunikasiya, media-analiz, psixoanaliz, ədəbiyyat, təhsilfəlsəfə sahələri üzə sosial rolları, təcrübəni, maraqları, öhdəlikləri və siyasi baxışları tədqiq edir. Feminizm nəzəriyyəsi tədqiqat mövzulara diskriminasiya, obyektivləşdirmə (xüsusilə seksual okbyektivləşdirmə), təzyiq və patriarxatlıq, eləcə də stereotiplər, sənət tarixi, müasir incəsənət və estetika daxildir.

Tarixi

Feminizm nəzəriyyəsində ilkin tədqiqatlar XVIII əsrin sonlarında meydana çıxmışdır. Meri Uollstonkraft "Qadın hüquqlarının müdafiəsi" adlı əsərində, "Dəyişən qadın",[1] "Məgər mən qadın deyiləm?ǃ",[2] "Qanunsuz səsverməyə görə həbsdən sonra çıxış" kimi əsərlərdə[3] bu barədə müəyyən fikirlər irəli sürülmüşdür. 1851-ci ildə Socorner Trut "Məgər mən qadın deyiləm?ǃ" adlı əsərində qadın hüquqları məsələsinə müraciət etmişdir. Syuzen B.Entoni qeyri-qanuni səsverməyə görə həbsdən sonra məhkəmədə etdiyi çıxışında konstitusiya çərçivəsində dil məsələlərinə toxunmuşdur. O, eyni adlı məsələ ilə bağlı 1872-ci ildə nəşr edilmiş əsərində konstitusiyanın prinsiplərini sorğulamış və onun kişi dilində qələmə alındığını bildirmişdir. O həm də konstitusiyanı gender əsaslı dilinə görə tənqid etmiş və hansı səbəbdən qadınların onlardan bəhs edilməyən qanunları yerinə-yetirməli olmasını sorğulamışdır.

Harvard universitetinin professoru Nensi Kott müxtəlif feminizmlı onun sələfləri arasında fərqi tədqiq etmiş, xüsusən də seçki hüququ uğrunda mübarizəni fərqləndirmişdir. O qeyd edir ki, qadınların 1920-ci ildə (1910-1930) səsvermə hüququ qazanması ABŞ-da dönüş nöqtəsi oldu. O, iddia edir ki, əvvəlki qadın hərəkatı qadınlar üçün universallıq uğrunda mübarizə idi, halbuki bu 20 illik müddət ərzində o, sosial fərqlilik və fərdilik hərəkatına çevrilib. Sosial quruluş və gender kimliyinə dair yeni suallar daha çox dövlətlə bağlı idi. Siyasi baxımdan, feministlər arasında sağçılıqdan solçuluğa keçid baş vermişdir [4]

Ədəbiyyat

  • Кэролайн Криадо Перес. Невидимые женщины. Почему мы живем в мире, удобном только для мужчин. Неравноправие, основанное на данных. = Caroline Criado Perez. Invisible Women: Exposing Data Bias in a World Designed for Men. — М., 2020. — 496 p. — ISBN 978-5-9614-3762-1.

İstinadlar

  1. «The Changing Woman» (Navajo Origin Myth). Feminist Theory: A Reader. 2nd Ed. Edited by Kolmar, Wendy and Bartowski, Frances. New York: McGraw-Hill, 2005. 64.
  2. Truth, Sojourner. «Ain’t I a Woman». Feminist Theory: A Reader. 2nd Ed. Edited by Kolmar, Wendy and Bartowski, Frances. New York: McGraw-Hill, 2005. 79.
  3. Anthony, Susan B. «Speech After Arrest for Illegal Voting». Feminist Theory: A Reader. 2nd Ed. Edited by Kolmar, Wendy and Bartowski, Frances. New York: McGraw-Hill, 2005. 91-95.
  4. Cott, Nancy F. The Grounding of Modern Feminism. New Haven: Yale University Press, 1987