Filippin plitəsi
Filippin plitəsi[1] — litosfer plitələri arasında dünyada sahəsinə görə on üçüncüdür. Plitənin böyük hissəsi Filippin dənizi dibində yerləşir. Luson adasının şimalını əhatə edir.
Avrasiya plitəsi ilə Filippin plitəsinin toqquşduğu ərazilərdə hər zaman zəlzələlər və vulkan püskürmələri müşahidə edilir. Burada 50-dən çox fəaliyyətdə olan və sönmüş vulkan var.
İstinadlar
- ↑ "Filippin tavası". 2016-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-02.