Frank Vilçek
Frank Vilçek | |
---|---|
ing. Frank Wilczek | |
![]() | |
Doğum tarixi | 15 may 1951[1][2][…] (73 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | nəzəri fizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Devid Qross |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
frankwilczek.com | |
![]() |
Frank Vilçek -[5] (d. 15 may 1951il,[6][7] Mineola, Nyu-York, ABŞ)[8][9] — Amerikalı nəzəri fizik, 2004-cü il Nobel mükafatı laureatı.[10] Fəlsəfə doktoru (1974il), Massaçusets Texnologiya İnstitutunun professoru, ABŞ Milli Elmlər Akademiyasının (1990il)[11] və Amerika Fəlsəfə Cəmiyyətinin (2005il), Çin Elmlər Akademiyasının xarici üzvü (2021il).
Bioqrafiyası
F. Vilçek 15 may 1951-ci ildə Mineola şəhərində Polşa-İtalyan qarışıqlı bir ailədə anadan olub. O, Queensdəki dövlət məktəbini, sonra Van Byuren adına məktəbini bitirib. 1970-ci ildə Çikaqo Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsini, 1972-ci ildə isə magistr dərəcəsini alıb. 1974-cü ildə Prinston Universitetində fəlsəfə doktoru dərəcəsini alaraq orada dərs deməyə başladı. 1981-ci ildə Santa Barbaradakı Kaliforniya Universitetinə keçdi. 1989–2000-ci illərdə Princtonda Təkmilləşdirmə İnstitutunun professoru olub. 2000-ci ildən isə Massaçusets Texnologiya İnstitutunun Nəzəri Fizika Mərkəzində fizika professorudur. Bundan baçqa Santa Barbaradakı Kavli adına Nəzəri Fizika İnstitutunda da işləyib.
Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1993il), Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının (2000il) və Amerika Fizika Cəmiyyətinin həqiqi üzvü, Polşa Bilik Akademiyasının xarici üzvüdür.
Araşdırmaları
1973-cü ildə Prinston Universitetində David Gross ilə aspirant kimi işləyən F. Vilçek asimptotik azadlığı kəşf etdi, buna görə kvarklar bir-birinə nə qədər yaxın olsalar, onlar arasında qarşılıqlı güclü təsir daha az olur [11]. Kvarklar bir-birinə son dərəcə yaxın olduqda, onların arasındakı nüvə qüvvələri o qədər zəifdir ki, kvarklar özlərini demək olar ki, sərbəst hissəciklər kimi aparırlar. David Politzer tərəfindən də müstəqil olaraq kəşf edilən bu nəzəriyyə kvant xromodinamikanın inkişafında mühüm olmuşdu.
F. Vilçek aksionların, anionların, asimptotik sərbəstliyin, kvark maddənin rəng superkeçiriciliyinin fazalarının və kvant sahəsi nəzəriyyəsinin digər aspektlərinin öyrənilməsinə töhfə oldu. F. Vilçekə 2004-cü ildə "Güclü qarşılıqlı təsir nəzəriyyəsində asimptotik sərbəstliyi kəşf etdiyinə görə" Nobel mükafatı verildi. O, kondensasiya olunmuş maddələr fizikası və astrofizikadan tutmuş hissəciklər fizikasına qədər qeyri-adi geniş mövzular üzərində işləmişdir.
Elmi maraqları
- zərrəciklər fizikası: nəzəri fikirlər və müşahidə olunan hadisələr arasında əlaqələr;
- maddənin davranışı: ən yüksək temperaturlarda, sıxlıqlar və faza strukturları;
- hissəciklər fizikasının kosmologiyada tətbiqi;
- kondensasiya olunmuş maddələr fizikasında sahə nəzəriyyəsi üsullarının tətbiqi;
- qara dəliklərin kvant nəzəriyyəsi.
Şəxsi həyatı
F. Vilçek Princetonda Betsy Devine ilə 1972-ci ildə Fischer-Spassky şahmat matçlarının yayımına baxarkən görüşmüşdü.[12] Onlar 1973-cü ildə evləndilər və bu evlilikdən iki qızı Amity və Mira var.[13] Ən çox sevdiyi fizik Ceyms Klerk Maksvelldir.[14]
Sosial həyatı
2016-cı ildə o, Nobel mükafatı laureatlarının Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran məktubunu imzaladı.[15][16][17]
Mükafat və fəxri fərmanları
- 1982-ci ildə- Makartur Təqaüdü
- 1986-cı ildə- Sakurai Mükafatı
- 1994-cü ildə- Dirak Medalı, Beynəlxalq Nəzəri Fizika Mərkəzi
- 2002-ci ildə- Lorens medalı, Hollandiya Kral Elmlər Akademiyası
- 2002-ci ildə- Mişelson-Morley Mükafatı, Case Vestern Reserve Universiteti
- 2003-cü ildə- Avropa Fizika Cəmiyyətinin hissəciklər fizikası və yüksək enerji fizikası üzrə mükafatı
- 2003-cü ildə- Yuliya Edqar Lilienfeld Mükafatı, Amerika Fizika Cəmiyyəti
- 2004-cü ildə- Fizika üzrə Nobel Mükafatı
- 2005-ci ildə-Kral Feysəl Beynəlxalq Mükafatı
- 2008-ci ildə- Julius Vess mükafatı
- 2012-ci ildə- Yagellon Universitetinin fəxri doktoru[18]
- 2013-cü ildə- Oscar Klein medalı
- 2014-cü ildə- Esselərə görə mükafat, Qravitasiya Tədqiqat Fondundan
- 2015-ci ildə- Lise Meitner Mühazirəsi
- 2022-ci ildə-Templeton Mükafatı
Kitabı
Frank Vilçekin "Fizikanın gözəlliyi" adlı kitabı "Bütün Elmlər" proqramının mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildi və bunun sayəsində pulsuz, qanuni yükləmək üçün əlçatan oldu.[19][20]
İstinadlar
- ↑ Frank Wilczek // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 Leidse Hoogleraren (nid.).
- ↑ 1 2 3 4 NNDB (ing.). 2002.
- ↑ Deutsche Nationalbibliothek Record #131653369 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ ВИЛЧЕК : [арх. 15 июня 2022] // Великий князь — Восходящий узел орбиты. — М. : Большая российская энциклопедия, 2006. — С. 320. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 5). — ISBN 5-85270-334-6.
- ↑ Frank Wilczek // Encyclopædia Britannica (англ.)
- ↑ Leidse Hoogleraren (нидерл.)
- ↑ http://www.theaustralian.com.au/arts/review/reviews-san-cisco-clocked-out-time-crystals-the-company-the-pigs/story-fn9n8gph-1227240282167
- ↑ Deutsche Nationalbibliothek Record #131653369 // Gemeinsame Normdatei (нем.) — 2012–2016.
- ↑ За "открытие асимптотической свободы в теории сильных взаимодействий" — совместно с Дейвидом Гроссом и Дейвидом Политцером.
- ↑ Вильчек, Фрэнк на сайте Национальной академии наук США (англ.)
- ↑ Томпсон, Элизабет А. (5 октября 2004 г.). "Вильчек благодарит семью, страну и Мать-природу" . MIT News . Получено 21 сентября 2020 г."Я заметил, что какие бы ходы ни выкрикивал Фрэнк, игроки делали то, что он говорил. Они делали те ходы, которые он предсказывал. Это происходило даже тогда, когда то, что он выкрикивал, отличалось от того, что выкрикивали другие", — вспоминает Девайн.
- ↑ "Франк Вильчек – Автобиография". Нобелевская премия.
- ↑ Вильчек, Франк (2015). Красивый вопрос .
- ↑ 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
- ↑ Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
- ↑ Список нобелевских лауреатов, подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
- ↑ Doktorzy honoris causa — UJ. Дата обращения: 22 февраля 2015. Архивировано 27 марта 2015 года.
- ↑ Бесплатные книги. Всенаука. Дата обращения: 9 февраля 2022. Архивировано 9 февраля 2022 года.
- ↑ Книга недели: "Красота физики. Постигая устройство природы" Архивная копия от 12 декабря 2017 на Wayback Machine. Популярная Механика. 29 января 2016.