Frankfurt-Mayn

Frankfurt-Mayn
Frankfurt am Main
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
50°06′38″ şm. e. 8°40′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub I əsr
İlk məlumat 22 fevral 794
Sahəsi
  • 248,31 km² (31 dekabr 2018)[3]
Mərkəzin hündürlüyü 112 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 773.068 nəf. (31 dekabr 2022)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu 6109, 6101, 69
Poçt indeksi 60308–60599, 65929–65936
Nəqliyyat kodu F
Digər
frankfurt.de
Xəritəni göstər/gizlə
Frankfurt-Mayn xəritədə
Frankfurt-Mayn
Frankfurt-Mayn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Roemerberg

Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm. Flughafen Frankfurt am Main/Rhein-Main-Flughafen‎) dünyada ən çox istifadə olunan beynəlxalq hava limanlarından biridir. Frankfurtda Almaniyada ABŞ Ordusunun qərargahı yerləşirdi, şəhər özü isə İkinci dünya müharibəsindən sonra Amerika Zonasında İşğal zonasında (alm. Besatzungszone‎) idi.

Coğrafiya

Şəhər aşağı Main çayının hər iki tərəfində, mərkəzi Almaniyanın cənub-qərbində yerləşir. Şəhərin cənubunda meşə zolağı var. Ən hündür nöqtəsi Berger təpəsində tikilmiş Seckbach səmtidir. Seckbachın hündürlüyü 212 metrdir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir.

Göydələnləri isə şəhərin ən məşhur tikililəridir.

Əhalisi

Frankfurt-Maynın əhalisi 679.664 nəfərdir. Almaniyanın beşinci böyük şəhəridir.

Şəhər iqtisadiyyat, biznesmədəniyyət mərkəzidir. Həmçinin Frankfurt-Maynın nəhəng aeroportu sayəsndə şəhərə Bu səbəbdən Frankfurt-Maynda dünyanın hər ölkəsindən bir vətəndaş burada məskunlaşmışdır. Hessen federasiyasında yaşayan əcnəbiləri təmsil edən bütün səfirliklər Frankfurt-Maynda yerləşmişdir. Almaniyanın ən çox əcnəbi yaşayan şəhərlərindən biridir.

Yəhudilərin say çoxluğu ilə tanınan Frankfurt-Mayn İkinci dünya müharibəsində ağır itkiyə məruz qalmışdır. Yəhudilərin bütün Almaniyadan olduğu kimi Frankfurt-Mayndan da məcburi köçürülməsi nəticəsində şəhərdən təxminən 11.000 və daha çox insan çıxmışdır. Müharibənin sonunda 160 Yəhudi Frankfurt-Maynda qalmışdır və bu gün təxminən 7.200 yəhudi Frankfurt-Maynda yaşayır. Rəsmi olaraq şəhərdə yarım milyondan biraz çox (679.664) nəfər yaşasa da Frankfurt-Mayna yaxın yerləşən yaşayış məskənlərindən gələn işçilərdən dolayı iş saatları ərzində Frankfurt-Maynda bir milyon və ya daha çox insan olur.

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri[5]
Ölkə Əhali (31.12.2018)
Türkiyə Türkiyə 25,395
Xorvatiya Xorvatiya 16,286
İtaliya İtaliya 15,242
Polşa Polşa 12,496
Rumıniya Rumıniya 10,779
Serbiya Serbiya 9,214
Bolqarıstan Bolqarıstan 8,678
İspaniya İspaniya 7,282
Hindistan Hindistan 6,908
Yunanıstan Yunanıstan 6,510
Bosniya və Herseqovina Bosniya və Herseqovina 6,079
Mərakeş Mərakeş 6,074
Əfqanıstan Əfqanıstan 4,911
Çin ÇXR 4,646
Fransa Fransa 4,605
Portuqaliya Portuqaliya 4,003

İqtisadiyyatı

Liverpul Universitetinin araşdırmasına görə adam başına Satın alma paritetinə görə Frankfurt Avropanın ən zəngin şəhəri hesab olunur. Bundan başqa Frankfurt Almaniyanın ən işgüzar biznes mərkəzidir. Frankfurt və ətrafında böyük sənaye quruluşları mövcuddur. Şəhərin xidmət sahəsindəki şirkətlərin siyahısının başında böyük banklar dayanır. Banklar şəhəri olaraq tanınan Frankfurt, Almaniya və Avropa ərazisində fəaliyyətdə olan maliyyə şirkətlərinin mərkəzi olaraq seçilmişdir.

Mədəniyyəti

Frankfurt-Maynda hər il Beynəlxalq Kitab Sərgisi keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzi də bu şəhərdə fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər