Frauke Petri

Frauke Petri
alm. Frauke Petry
Şəxsi məlumatlar
Doğum adı Frauke Marquardt
Doğum tarixi 1 iyun 1975(1975-06-01)[1][2][…] (49 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, kimyaçı, sahibkar, orqan ifaçısı[d], xormeyster[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • bakalavr[d] (1998),
  • diplom[d] (2000),
  • doktorluq dərəcəsi[d] (2004)
fraukepetry.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frauke Petri (alm. Frauke Petry‎, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen.

Tərcümeyi-halı

1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı).

1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.

2013-cü ildə Almaniya üçün Alternativ siyasi partiyasının üç həmsədrindən biri olur. 2014-cü ildən Saksoniya landtaqı parlamentinin deputatıdır. 2015-ci ildə partiyanın lideri seçilir.

F. Petri vergilərin azaldılması, Avropa Birliyinin islahatı, Almaniyanın avrozonadan çıxması, miqrantlara qarşı sərt mövqe uğrunda çıxış edir.[4][5]. Siyasi tənqidçilər onu populizmdə və rasizimdə ittiham edirlər.[6].

Mənbə

İstinadlar