Frieren
Frieren: Beyond Journey's End | |
![]() | |
葬送のフリーレン (Sousou no Frieren) | |
---|---|
Janr | macəra,[1] dram,[1] fentezi[1] |
Manqa | |
Yazıçı | Kanehito Yamada |
Rəssam | Tsukasa Abe |
Nəşriyyat | Shogakukan |
İmprint | Shōnen Sunday Comics |
Jurnal | Weekly Shōnen Sunday |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 28 aprel 2020 – hazırda |
Cildlər | 13 (cild siyahısı) |
Anime serialı | |
Rejissor | Keyiçiro Sato |
Ssenarist | Tomohiro Suzuki |
Bəstəkar | Evan Koll |
Studiya | Madhouse |
Lisenziya | Crunchyroll |
Kanal | NNS (Nippon TV) |
Yayım tarixi | 29 sentyabr 2023 – hazırda |
Seriyalar | 28 (seriya siyahısı) |
Frieren: Beyond Journey's End,[a] Yaponiyada tanınan adı ilə Sousou no Frieren[b] – Kanehito Yamada tərəfindən yazılan və Tsukasa Abe tərəfindən illüstrasiya olunan manqa seriyası. 2020-ci ilin aprelindən "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında nəşr olunur. 2024-cü ilin aprelinə qədər 13 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, İblis kralı məğlub edən Qəhrəmanlar komandasındakı yoldaşı Himmeli yenidən görmək üçün ruhların dincəldiyi yerə doğru səyahətə çıxır.
Seriya əsasında "Madhouse" studiyası tərəfindən çəkilən anime serialı adaptasiya 29 sentyabr 2023-cü ildə yayımlanmağa başlamışdır. 28 seriya davam edən birinci mövsüm 2024-cü ilin martına başa çatmışdır. Animenin ikinci mövsümü anons edilmişdir.
Məzmun
Elf sehrbaz Friren 10 illik səyahətdən sonra İblis kralı məğlub edən və dünyada sülhü bərqərar edən Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Bu komandaya insan qəhrəman Himmel, cırtdan döyüşçü Ayzen və insan keşiş Hayter də daxildir. Onlar ayrılmazdan öncə hər 50 ildən bir baş verən Era meteorit yağışını seyr edirlər. Friren 50 il sonra yenidən görüşməyi və meteorit yağışını daha mənzərəli bir yerdən izləməyi təklif edir. Daha sonra Friren yeni sehrlər axtarmaq üçün səyahətə çıxır. Friren elf olduğu üçün həddən çox uzunömürlüdür. Bu səbəbdən onun üçün illər və ya onilliklər çox qısa müddət kimi gəlir. Zaman qavrayışı fərqli olduğundan Frirenin Himmelin komandası ilə 10 illik səyahəti onun üçün qısa təcrübə kimi gəlir.
50 il sonra Friren paytaxta qayıdır və keçmiş yoldaşlarlarının qocaldıqlarını görür. Yoldaşları ilə sonuncu dəfə meteorit yağışını izlədikdən sonra Himmel yaşlılıqdan ölür. Dəfn mərasimi zamanı Friren onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşmançılığını ifadə edir. O, digər yoldaşlarını da ziyarət edir. Hayterin xahişi ilə yetim qalmış uşaq olan Ferni şagirdi kimi qəbul etməyə razı olur. Daha sonra Ayzenin dəvəti ilə şimala səyahət etməyə və ruhların dincəldiyi yerə çataraq Himmeli yenidən görməyə, beləliklə, öz hislərini ona ötürməyə qərar verir. O, Fernlə birlikdə səyahət edərkən Ayzenin şagirdi olan gənc döyüşçü Ştark da onların komandasında qoşulur.
İstehsal
Kanehito Yamada "Frieren" üzərində işləməzdən öncə 2017-ci ildə "Bocchi Hakase to Robot Shōjo no Zetsubō Teki Utopia" manqasını tamamlamışdır. Bu manqanı bəyənən məsul redaktor Katsuma Oqura serializasiya başa çatdıqdan sonra Yamadaya yaxınlaşaraq vanşot manqa hazırlamasını istəmişdir.[2] Bir neçə qaralama versiya hazırlansa da, ortaya çıxan işdən məmnun qalmamışdırlar. Yamadanın mükafat qazanan ilk işi qəhrəman və iblis kral haqqında olan komediya manqası olduğu üçün Oqura oyun və fentezi biliklərindən istifadə edərək bu mövzuda komediya manqası hazırlamağı təklif etmişdir.[3] Nəticədə, Yamada "Frieren" manqasının birinci fəsilinin qaralama versiyasını hazırlamışdır. Oqura qaralama versiyanı görəndə gülməyə başlamış və bunun komediya olmadığını bildirmişdir, lakin ideyanı bəyənmişdir. Yamada ilk hekayə lövhəsini tamamladıqdan sonra Oqura illüstrator Tsukasa Abe ilə əlaqə saxlayaraq personajları çəkməsini istəmişdir.[2] O, əvvəlcə Frirenin A4 vərəqdə eskizini çəkmişdir. Yamada personajların dizaynını bəyəndikdən sonra ilk hekayə lövhəsi layihə kimi redaksiya şöbəsinə göndərilmişdir. Baş redaktorun müsbət reaksiyasından sonra onlar ikinci fəsili hazırlamışdırlar. İkinci fəsil tamamladıqdan sonra vanşot yerinə "Weekly Shōnen Sunday" jurnalı üçün manqa seriyası kimi çıxarmağa qərar vermişdirlər.[3]
Oqura və Yamada manqanın adı üçün müzakirələr aparsalar da, ortaq məxrəcə gələ bilməmişdirlər. Oqura redaksiya görüşlərinin birində redaktorlara müraciət edərək manqaya uyğun bir ad tapacaq şəxsə öz cibindən 10.000 yen mükafat verəcəyini bildirmişdir. Təkliflərdən biri baş redaktor tərəfindən irəli sürülən "Sousou no Frieren" (葬送のフリーレン?) adı idi. Yamada və Abe bu addan istifadə etməyə qərar vermişdirlər.[2]
Media
Manqa
"Frieren: Beyond Journey's End" manqası Kanehito Yamada tərəfindən yazılır və Tsukasa Abe tərəfindən illüstrasiya olunur. Manqa 28 aprel 2020-ci ildə "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmağa başlamışdır.[4] İlk tankobon cildi 18 avqust 2020-ci ildə buraxılmışdır.[5] 17 aprel 2024-cü ilə qədər 13 tankobon cildi buraxılmışdır.[6]
Manqa əsasında fərqli müəlliflər tərəfindən hazırlanmış 5 vanşot spin-off manqası "Shogakukan" nəşriyyatının "Sunday Webry" manqa vebsaytında 22–26 may 2023-cü ildə yayımlanmışdır: Kassan tərəfindən "Chūbō no Frieren"[c], Ren Miura tərəfindən "Yūsha Himmel no Bōkentan"[d], Jona tərəfindən "Frieren wa Ningen wo Shiritai"[e], Kazumi Yamaquçi tərəfindən "Himmel Tabi Nikki"[f] və Soiçi İqaraşi tərəfindən "Yorimichi no Frieren".[7][g] Bu manqaların fəsilləri "Shogakukan" nəşriyyatı tərəfindən 18 dekabr 2023-cü ildə "Frieren: The Anthology – Journeys off the Beaten Path"[h] adlı tək cild formatında buraxılmışdır.[8]
Anime
"Madhouse" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası 29 sentyabr 2023-cü ildə iki saatlıq epizodla yayımlanmağa başlamışdır. Anime bədii filmlər üçün nəzərdə tutulmuş "Kinyō Roadshow" (NTV) veriliş blokunda yayımlanan ilk anime serialı olmuşdur. 28 seriyadan ibarət ilk mövsüm iki hissə şəklində yayımlanmış və 2024-cü ilin martında bitmişdir. Birinci açılış mahnısı "Yoasobi" tərəfindən ifa olunan "Yuusha"[i] mahnısı, birinci bağlanış mahnısı Milet tərəfindən ifa olunan "Anythime Anywhere" mahnısıdır. İkinci açılış mahnısı "Yorushika" tərəfindən ifa olunan "Sunny"[j] mahnısıdır.[9] İkinci bağlanış mahnısı kimi "Anytime Anywhere" mahnısının fərqli hissəsindən istifadə olunmuşdur.[10] "Toho" animenin seriyalarını 24 yanvar–17 iyul 2024-cü il tarixləri arasında 7 cilddən ibarət DVD/Blu-ray seti şəklində buraxmışdır.[11] Evan Koll tərəfindən bəstələnmiş orijinal saundtrek albomu 17 aprel 2024-cü ildə buraxılmışdır.[12]
2024-cü ilin sentyabrında ikinci mövsüm anons edilmişdir.[13]
Digər
"Shogakukan" nəşriyyatı 12 yanvar 2024-cü ildə seriyanın rəsmi fanat kitabını buraxmışdır. Kitabda seriya haqqında, illüstrasiyalar, xülasələr, ilkin personaj dizaynları yer alır.[14] Mey Haçimoku tərəfindən yazılmış "Shousetsu Sousou no Frieren: Zensu"[k] prikvel romanı 17 aprel 2024-cü ildə buraxılmışdır. Romana Friren, Fern, Stark, Kanne, Lavine və Aura haqqında olan 5 hekayə daxildir.[15]
Qəbul
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/Moyasi_as_Frieren_standing_at_Maji_Square%2C_front_view_20240824a.jpg/200px-Moyasi_as_Frieren_standing_at_Maji_Square%2C_front_view_20240824a.jpg)
Manqa
"Anime News Network" saytının tənqidçisi Rebekka Silverman manqanın ilk cildinə "A-" reytinqi vermişdir. O, Frirenin digərlərindən daha çox yaşaması konsepsiyasını və digər insanların emosiyalarını anlamağa çalışması ideyasını bəyənmiş, manqanın fentezi janrına olan yanaşmasını maraqlı hesab etmişdir.[16] Eyni saytın tənqidçisi Riçard Aysenbeys manqanın ikinci cildini tərifləmiş, emosional hekayələri və insan təbiətinin tematik mövzularını yaxşı çatdırdığını qeyd etmişdir.[17] "UK Anime Network" saytının tənqidçisi Ross Loksli manqanı "To Your Eternity" manqası ilə oxşarlıq təşkil etdiyini demişdir.[18] "Otaku USA" saytının tənqidçisi manqanı "Üzüklərin hökmdarı" seriyası ilə müqayisə etmişdir.[19]
"Frieren" bir sıra manqa mükafatlarına layiq görülmüşdür. 2021-ci ildə Manqa Tayşo Mükafatını[20] və "Yeni müəllif" nominasiyası üzrə Osamu Tezuka Mədəniyyət Mükafatını qazanmışdır.[21] 2023-cü ildə Shogakukan Manqa Mükafatına,[22] 2024-cü ildə "Ən yaxşı şonen manqası" nominasiyası üzrə Kodansha Manqa Mükafatına layiq görülmüşdür.[23]
Anime
Anime adaptasiyası tənqidi uğur əldə etmişdir. "Digital Spy" saytının tənqidçisi Ali Qriffits animeni 2023-cü ilin ən yaxşı fentezi animelərindən biri adlandırmışdır.[24] "Anime News Network" saytının tənqidçisi Riçard Aysenbeys əsas personajlar arasındakı dinamikanı, eləcə də, Firenin hekayəsini və xarakterini tərifləmişdir.[25] "Anime Feminist" saytının tənqidçisi Si Ketvell animenin saundtrekini bəyənmiş və "The Legend of Zelda: Breath of the Wild" videooyununun musiqisi ilə müqayisə etmişdir.[26]
Anime 2024-cü ildə "Ən yaxşı anime" və "Ən yaxşı həyat dilimi animesi" nominasiyaları üzrə Yaponiya Ekspo Mükafatının qalibi olmuşdur.[27] Həmin il "Ən yaxşı anime" kateqoriyası üzrə IGN Mükafatına layiq görülmüşdür.[28] 2025-ci ildə "İlin ən yaxşı animasiyası" və "Ən yaxşı musiqi" kateqoriyaları üzrə Tokio Anime Mükafatı Festivalının qalibi olmuşdur.[29]
Qeydlər
- ↑ hərf. Friren: Səyahət bitdikdən sonra
- ↑ yaponca: 葬送のフリーレン Hepbörn: Soso no Furiren , hərf. Matəmdə Friren və ya hərf. Qatil Friren
- ↑ yaponca: 厨房のフリーレン Hepbörn: Çubo no Furiren , hərf. Mətbəxdə Friren
- ↑ yaponca: 勇者ヒンメルの冒険譚 Hepbörn: Yuşa Hinmeru no Bokentan , hərf. Cəsur Himmelin macəraları
- ↑ yaponca: フリーレンは人間を知りたい Hepbörn: Furiren va Ninqen vo Şiritay , hərf. Friren insanları tanımaq istəyir
- ↑ yaponca: ヒンメル旅にっき Hepbörn: Hinmeru Tabi Nikki , hərf. Hinmelin səyahətnaməsi
- ↑ yaponca: 寄り道のフリーレン Hepbörn: Yorimiçi no Furiren , hərf. Dolama yolun Frireni
- ↑ yaponca: 葬送のフリーレン アンソロジー~異なる旅を楽しむ魔法~ Hepbörn: Soso no Furiren Ansoroci Kotonaru Tabi o Tanoşimu Maho , hərf. Friren: Antologiya – Məğlub edilmiş yoldan səyahətlər
- ↑ yaponca: 勇者 , hərf. Qəhrəman
- ↑ yaponca: 晴る Hepbörn: Haru , hərf. Günəşli
- ↑ yaponca: 小説 葬送のフリーレン~前奏~ , hərf. Friren romanı: Müqəddimə
İstinadlar
- ↑ 1 2 3 "The Official Website for Frieren: Beyond Journey's End"". Viz Media (ingiliscə). İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ 1 2 3 "Manga Taisho 2021: Q&A Session with Sousou no Frieren Editor". Manga Planet (ingiliscə). 14 aprel 2021. 14 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ 1 2 "葬送のフリーレン:マンガ大賞の話題作 誕生秘話 感情を揺さぶる理由". Mantan Web (yaponca). 16 mart 2021. 5 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "少年サンデー 22・23号". Shogakukan Comic (yaponca). 13 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "物語の始まりは冒険の終わりから、勇者一行の"その後"を描く「葬送のフリーレン」". Comic Natalie (yaponca). 18 avqust 2020. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "葬送のフリーレン 13". Shogakukan Comic (yaponca). İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "Frieren: Beyond Journey's End Series Gets 5 1-Shot Spinoff Manga". Anime News Network (ingiliscə). 23 may 2023. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "葬送のフリーレン アンソロジー~異なる旅を楽しむ魔法~". Shogakukan Comic (yaponca). İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "Frieren: Beyond Journey's End Anime Reveals New Video, 11 More Cast Members for 'First Class Mage Exam' Arc". Anime News Network (ingiliscə). 22 dekabr 2023. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "ヨルシカとmiletが主題歌担当する「葬送のフリーレン」第2クールのノンクレジット映像公開". Music Natalie (yaponca). 6 yanvar 2024. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "TOHO Reveals 6th 'Frieren: Beyond Journey's End' Anime DVD/BD Limited Edition Release Packaging". Fandom Post (ingiliscə). 21 iyul 2024. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "TVアニメ『葬送のフリーレン』Original Soundtrack". Oricon (yaponca). İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "Frieren: Beyond Journey's End Anime Gets 2nd Season". Anime News Network (ingiliscə). 28 sentyabr 2024. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "「葬送のフリーレン」これまでを振り返る1冊、お面など付録満載の"お宝の書"も登場". Comic Natalie (yaponca). 12 yanvar 2024. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ "Frieren: Beyond Journey's End Manga Gets Novel Adaptation". Anime News Network (ingiliscə). 28 fevral 2024. İstifadə tarixi: 26 yanvar 2025.
- ↑ Silverman, Rebekka. "Frieren: Beyond Journey's End - GN 1". Anime News Network (ingiliscə). 9 noyabr 2021. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ Aysenbeys, Riçard. "Frieren: Beyond Journey's End GN 3-4 - Review". Anime News Network (ingiliscə). 27 may 2022. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ Loksli, Ross. "Frieren: Beyond Journey's End Vol. 1". UK Anime Network (ingiliscə). 12 mart 2022. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ Dennison, Kara. "Frieren: Beyond Journey's End Is a Must-Read for Fantasy Fans". Otaku USA (ingiliscə). 27 iyul 2023. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "Frieren: Beyond Journey's End Wins 14th Manga Taisho Awards". Anime News Network (ingiliscə). 15 mart 2021. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "Land, Frieren, Demon Slayer Manga Win Tezuka Osamu Cultural Prizes". Anime News Network (ingiliscə). 27 aprel 2021. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "Frieren, Elusive Samurai, Trillion Game, Sūji de Asobo. Win 69th Shogakukan Manga Awards". Anime News Network (ingiliscə). 18 yanvar 2024. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "Frieren, Medalist Win 48th Annual Kodansha Manga Awards (Updated)". Anime News Network (ingiliscə). 14 may 2024. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ Qriffits, Ali. "Frieren: Beyond Journey's End is the best fantasy series of the year". Digital Spy (ingiliscə). 29 sentyabr 2023. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ Aysenbeys, Riçard. "Frieren: Beyond Journey's End Episodes 1–6". Anime News Network (ingiliscə). 16 oktyabr 2023. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ Ketvell, Si. "Frieren: Beyond Journey's End – Episode 1". AnimeFeminist (ingiliscə). 29 sentyabr 2023. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "Les vainqueurs des Daruma 2024"". Japan Expo Paris (fransızca). 12 iyul 2024. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "The Best Anime of 2024". IGN (ingiliscə). 21 dekabr 2024. İstifadə tarixi: 27 yanvar 2025.
- ↑ "Look Back, Frieren Win TAAF's Top Awards". Anime News Network (ingiliscə). 31 yanvar 2025. İstifadə tarixi: 31 yanvar 2025.
Xarici keçidlər
- websunday.net/work/708/ — "Web Sunday"də manqanın rəsmi saytı
- frieren-anime.jp — Animenin rəsmi saytı (yap.)