Fuad Quliyev

Fuad Quliyev
24 noyabr 1995 – 12 noyabr 2000
2 may 1995 – 20 iyul 1996
PrezidentHeydər Əliyev
ƏvvəlkiSurət Hüseynov
SonrakıArtur Rasizadə
5 mart 1994 – 2 may 1995
PrezidentHeydər Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1941(1941-07-06) (83 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, neft mühəndisi[d]

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Fuad Xəlil oğlu Quliyev (6 iyul 1941, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycanın 5-ci Baş naziri (1995–1996), Azərbaycan Baş nazirinin birinci müavini (1994–1995), Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı

Fuad Quliyev 1941-ci il iyulun 6-da anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil alıb.

Fuad Quliyev ailəlidir, 2 övladı var.

Fəaliyyəti

Fuad Quliyev Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1994-cü il tarixli 114 nömrəli Fərmanı ilə Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Surət Hüseynovun 1994-cü il oktyabrın 7-də vəzifəsindən azad edilməsindən sonra Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı olmuşdur.

1995-ci il mayın 2-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Rəsul Quliyevin Qərarına əsasən Azərbaycanın Baş naziri vəzifəsinə Fuad Quliyevin namizədliyi təsdiq edilmişdir. Bununla da Fuad Quliyev Azərbaycanın 5-ci Baş naziri olmuşdur.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 3-cü sırada olan Fuad Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Fuad Quliyev Milli Məclisin Mədəniyyət məsələləri Daimi Komissiyasının və Azərbaycan—Estoniya, Azərbaycan—Latviya, Azərbaycan—Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

1996-cı il iyulun 20-də Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsindən azad edilmişdir.

Fuad Quliyevə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş və 26 aprel 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.

İstinadlar