Göydəlləkli Ağsu rayonunun Ərəbsarvan inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin adı goy/koy (kənd) və dəlləkli __(ərəbŞamlı tayfasının tirələrindən birinin adı) sözlərindən düzəlib, "kənd dəlləkli və ya dəlləkli kəndi" deməkdir. Kənd keçmışdə Dəlləkli adlanan digər coğrafi obyektlərdən fərqləndirmək üçün belə adlandırılmışdır[1].
İstinadlar
↑”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.296