Güdəcühür — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Sabirabad rayonunun kəndlərindən biridir. Kənddə bir sıra rayonlardan köçkünlər məskunlaşıb (Cəbrayıl, Füzuli və s.). Axtaçı-Muğan və Qaratuğay kəndləri ilə həmsərhəddir.