Güləbatlı Tərtər rayonunun Sancalı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. 1933-cu ildə eyniadlı kənd Bərdə rayonunun Seydimli inzibati ərazi vahidində qeydə alınmışdır. Belə ehtimal edilir ki, kəndin ərazisi güllük, çiçəklik olduğundan yaşayış məntəqəsi belə adlandırılmışdır[1].
İstinadlar
↑"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.