Höytala
Höytala | |
---|---|
41°34′49″ şm. e. 46°29′36″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Höytala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Oytala kəndi Höytala kəndi adlandırılmışdır.[1]
Tarixi
Höytala kəndinin tərkibində 4 oba var (Padaroba, Yuxarı oba, Qallaoba, Ferma). Höytalada 5 çöl var (Böyükçöl, Yeniçöl, Bostançöl, Kilsəçöl, Qabaqlıq çölü).
Coğrafiyası və iqlimi
Kənddən Qaraçay, Deretap çayı və Qobu çayı axır.
Əhalisi
Əhali əsasən avarlardan və azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıq təşkil edir.
2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[2].
Mədəniyyəti
Kənddə 2 kitabxana, mədəniyyət evi və klub fəaliyyət göstərir.
Təhsil
Kənddə 1 ümumi orta məktəb fəaliyyət göstərir.
Din
Kənddə 1 məscid mövcuddur.
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine socar.az, 17.06.2015 (az.)
Həmçinin bax
![]() |
Zaqatala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |