Hans Memlinq
Hans Memlinq | |
---|---|
Hans Memling | |
| |
Doğum tarixi | |
Doğum yeri | Zeligenştadt, Almaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Brügge, Niderland |
Milliyyəti | Holland |
Fəaliyyəti | Rəssam |
Stil | flamand məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Hans Memlinq (alm. Hans Memling, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir.
Həyatı
Hans Memlinq Zelingeştadtda anadan olmuşdur[1]. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir. Təqribən 1459-1460-cı illərdə Hollandiyaya gələn Memlinq ehtimal ki, Brüsseldə Rocer van der Veydenin yanında təhsil almışdır, ona şagirdlik etmişdir.
Hans Memlinq1465-ci ildən Brüggedə işləmişdir. Memlinqin əsərləri üçün sakit əhvali-ruhiyyə, aydın kolorit, obrazların müəyyən qədər monumentallaşdırılması, humanizm elementləri səciyyəvidir[2].
Qalereya
-
İnsan kədəri bakirən qollar arasında, 1475, Viktoriya Milli Qalereyası
-
Məsih xeyir-dua verir, 1478, Norton Saymon Muzeyi
-
Doloroza ana, c. 1480, Uffizi qalereyası
-
Məsih musiqiçi mələklər arasında, 1480 Antverpen kral incəsənət muzeyi
-
Müjdə, 1480–89, Metropoliten muzeyi
-
Bakirə ilə alleqoriya, 1479–80
-
Mariya Portinarinin portreti, 1475
-
Barbara van Vlaendenberqin portreti, 1480
Ədəbiyyat
- М. Герман. Мемлинг. — Л., 1983.
- Ф. Дзери. Мемлинг. Страшный суд. — М.: Белый город. — 48 с. — (Сто великих картин). — 5 000) экз. — ISBN 5-7793-0346-0.
- С. Дзуффи. Возрождение. XV век. Кватроченто. — М.: Омега-пресс, 2008. — С. 41, 51, 108, 130, 318—320. — 384 с. — 3000 экз. — ISBN 978-5-465-01772-5
İstinadlar
- ↑ Murray, P. and Murray, L. (1963) The Art of the Renaissance. London: Thames & Hudson, p. 156. ISBN 978-0-500-20008-7
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 435.