Hirokazu Yasuhara (弘和安原,Yasuhara Hirokazu?); 12 oktyabr1965, Yaponiya), həmçinin Kerol Yas (ing.Carol Yas) — Yaponiya geymdizayneri və "Sonic Team" komandasının təsisçilərindən biri. O, "Sonic the Hedgehog" seriyasının Sega Mega Drive/Genesis konsolu üçün satışa çıxarılmış ilk epizodlarında işləmişdir.[1] Yasuhara "Sonic the Hedgehog" videooyun seriyası üzrə 1994-cü ilə qədər işləmişdir. Buna baxmayaraq o, "Sonic 3D", "Sonic X-treme" və "Sonic R" videooyunları üzərində də işləmişdir. 2002-ci ildə o, "Sonic Team" komandasını tərk etmiş və "Naughty Dog" studiyasında işə götülmüşdür. O, "Jak 2" və "Jak 3", eləcə də "Uncharted" seriyasının epizodları üzərində göstərdiyi əməyə görə tanınır. Yasuhara "Namco Bandai Games America" studiyasında baş geymdizayn rejissoru idi. 2012-ci ildən bəri Yasuhara "Nintendo Software Technology" diviziyasında işləyir.[2]