I Anastasi Dikor

I Anastasi Dikor
yun. Ἀναστάσιος A΄
lat. Flavius Anastasius
Bizans imperatoru[d]
11 aprel 491 – 9 iyul 518
SonrakıI Yustin
Şəxsi məlumatlar
Doğum tarixi 430[1][2]
Doğum yeri
Vəfat tarixi 9 iyul 518(0518-07-09)[3][1]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, monarx
Həyat yoldaşı Ariadne (İmperatriçə)
Dini Monofizit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Anastasi Dikor (Qədim Yunanca: Ἀναστάσιος, romanlaşdırılmış: Anastásios; 430[1][2], Durres9 iyul 518[3][1], Konstantinopol) — 491–518-ci illərdə Roma imperatoru olmuşdur. Sələfi Zenonun həyat yoldaşı Ariadne tərəfindən seçildikdən sonra 61 yaşında taxta çıxdı. Onun hakimiyyəti imperiyanın hökumətində, maliyyəsində, iqtisadiyyatında və bürokratiyasında islahatlar və təkmilləşdirmələrlə xarakterizə olunurdu.[4] Bunun nəticəsində yaranan sabit hökumət, iqtisaddiyyatı canlandırdı və böyük büdcə artığı imperiyaya onun varisləri, xüsusilə də I Yustinian dövründə daha iddialı siyasət yürütməyə imkan verdi.[5] Anastasinin bir çox islahatları uzunmüddətli olduğu üçün onun imperiya üzərində təsiri əsrlər boyu davam etdi.

I Anastasi (ortada) həyat yoldaşı İmperatriçə Ariadne ilə (sağda) nəvəsi Sabinianus Anastasiusun (517-ci il) konsulluq diptix`ində. Üçüncü fiqur konsul Agapitus da ola bilər.[6]

Erkən həyatı və ailəsi

Anastasi Dyrrachium`da anadan olub, dəqiq tarixi məlum deyil, lakin 431-ci ildən sonra olmadığı güman edilir. O, İlliro-Roma ailəsində anadan olub.[7][8] Anastasinin bir qara gözü və bir mavi gözü (heteroxromiya) var idi və bu səbəbdən ona Dikor ləqəbi verildi (qədim yunanca: Δίκορος, romanca: Díkoros, "iki göz bəbəkli").[9] İmperator olmamışdan əvvəl Anastasi silentiari (bəzi saray əyanlarına verilən titul) idi.[10][11] Anastasi bir miafizit xristianı idi və onun şəxsi dini meylləri imperiyada hökmranlığı boyunca getdikcə dini xətlər üzrə bölünməyə başlayan gərginliklərə səbəb oldu.[12][13]

Anastasi 52–53 yaşlarında ömrünün əsas hissəsini keçirdiyi paytaxtda bacarıqlı bir investor kimi tanınırdı. Dininə çox ehtiram göstərirdi və söhbətlərində Monofizit fikirlər müəyyən edən Yepiskop Euphemius tərəfindən qadağan edilənə qədər boş vaxtlarının çoxunu Müqəddəs Sofia Kilsəsində xütbə verərək keçirmişdi. Ruhani sinfinə qatılmaq istəmişdi və Antiokheia Yepiskopluğu üçün namizəd göstərilmişdi. Anastasi yüksək dərəcə düzgün bir yaşayışa sahib, təhsilli, çalışqan, yaxşı qəlbli və ədalətli biri olaraq tanınırdı. İmperatorluğun bənövşəyi xələti ilə xalqın qarşısına ilk dəfə çıxanda insanlar "Ölkəni yaşadığın kimi idarə et!" deyə qışqırdılar. Ona qarşı yönəldilən tənqidlərin ilki, Monofizit düşüncə sisteminə yaxın olması, ikincisi isə kütlənin Zenon kimi əyləncə düşkünü imperatordan sonra ciddi və qaydalara riayət edən saray əyanlarını yadırğaması idi. Anastasinin Gladiatorların vəhşi heyvanlarla boğuşmasını və seksuallığı ön planda saxlayan rəqsləri qadağan etməsi xoş qarşılanmadı.[14]

I Anastasi`nin qızıl solid`i

İmperiya Anastasinin rəhbərliyində qəsbkar Longinusa qarşı İsauriya müharibəsinə və Sasanilərə qarşı isə Anastasiya müharibəsinə girişdi.[15][16]

Anastasi 9 iyul 518-ci ildə Konstantinopolda uşağı olmadan öldü.[17][18][19] Con Malalas (təq. 491–578) və Chronicon Paschale (təq. 630) salnamələrinə görə onun 90 il yarım yaşı var idi.[20][21] 6-cı əsrin əvvəllərində yaşamış tarixçi Viktor Tunnuna deyir ki, o, 88 yaşında vəfat edib,[22] bu rəqəm müasir tarixçilərin əksəriyyəti tərəfindən qəbul edilir.[23]

O, ölümündən sonra divus kimi təqdis olunan sonuncu imperator oldu. Anastasi İmperator xəzinəsini 23.000.000 solidi, yəni 320.000 funt qızıl və ya 420 long ton (430 t) ilə tərk etdi.[24] Ondan sonra Yustin növbəti imperator oldu.[25]

I Anastasinin qızıl tremissisi (solidin üçdə biri).

İnzibati islahatlar və yeni sikkələrin tətbiqi

Anastasi inzibati səmərəliliyə və iqtisadiyyata aid məsələlərə qeyri-adi maraq göstərməsi ilə məşhurdur.[26] Mümkün olduğu vaxt, O, hökumət tranzaksiyalarında ödəniş üsulunu əmtəədən sabit valyutaya dəyişdi. Bu təcrübənin tətbiqi yeyintini və malların daşınmasına və saxlanmasına olan ehtiyacı azaltdı. Bu, həmçinin mühasibat uçotu məsələlərini asanlaşdırdı.[27] O, bu təcrübəni vergilərə də tətbiq edərək, vergilərin mallarla deyil, nağd pulla ödənilməsini əmr etdi.[28]

Barberini fil sümüyü, Anastasi və ya I Justinianı təmsil edən 6-cı əsrə aid fil sümüyü diptix

İstinadlar

  1. 1 2 3 4 Anastasi I // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. 1 2 Anastàsio I (imperatore d'Oriente) // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.
  3. 1 2 Anastasius I // Encyclopædia Britannica (ing.).
  4. Croke, Brian (1 January 2009). Haarer, F. K. (ed.). "Anastasius I". The Classical Review. 59 (1): 208–210. doi:10.1017/s0009840x08002540. JSTOR 20482729. S2CID 154777266.
  5. Treadgold, Warren (2001). A Concise History of Byzantium. Houndmills, Hampshire: Palgrave. pp. 57. ISBN 978-0-333-71830-8.
  6. Weitzmann, Kurt, redaktorAge of Spirituality: Late Antique and Early Christian Art, Third to Seventh Century. New York: The Metropolitan Museum of Art. 1979. səh. 97. ISBN 9780870991790.
  7. Focanti, Lorenzo (1988). The fragments of late antique patria (PDF) (Thesis). University of Gottingen. p. 214. Christodorus' flourishing is dated to the reign of Anastasius I Dicorus (491–518 AD). Born circa 431 AD, the Illyrian soldier rose to the throne thanks to his marriage to Ariadne, the widow of the preceding ruler Zeno.
  8. Croke, Brian (2001). Count Marcellinus and his chronicle. Oxford University Press. p. 89. ISBN 978-0-19-815001-5. Retrieved 12 October 2010.
  9. Anastasius (AD 491–518) Archived 24 August 2006 at the Wayback Machine Hugh Elton – Florida International University – An Online Encyclopedia of Roman Emperors
  10. Martindale 1980, p. 78
  11. Ostrogorski, Georgije (1969). History of the Byzantine State. New Brunswick, NJ.: Rutgers University Press. p. 59. OCLC 812752850.
  12. Bryan Ward-Perkins; Michael Whitby (2000). The Cambridge ancient history. 14. Late antiquity: empire and successors, A. D. 425–600. Cambridge University Press. pp. 51–52. ISBN 978-0-521-32591-2.
  13. Justo L. González (2010). A History of Christian Thought Volume II: From Augustine to the Eve of the Reformation. Abingdon Press. pp. 79–82. ISBN 978-1-4267-2191-5.
  14. Charles Oman, "Karanlık Çağ Tarihi", Say Yayınları,2022, səh.54
  15. Ostrogorsky 1957, p. 60.
  16. Zacharias of Mytilene, Syriac Chronicle, Book VII, Chapter VI
  17. Marcellinus Comes 518: "The emperor Anastasius died suddenly, aged more than eighty. He reigned for twenty-seven years, two months and twenty-nine days [inclusive]."
  18. Zacharias Rhetor VII, xiv: "Anastasius died on the ninth of July."
  19. Theophanes Confessor 518: "On 9 April of the ninth indiction Anastasios the impious emperor died after ruling for 27 years and 7 months." (partially inaccurate)
  20. Chronicon Paschale 518: "Anastasius fell sick… gave up the spirit, aged 90 years and five months. [Justin] became emperor in the consulship of Magnus, in the month Panemus, which is also July, on the 9th."
  21. John Malalas XVI, 22. "He was terrified and breathed his last, at the age of 90 years and five months."
  22. Victor of Tunnuna, s.a. 518. "anno viae suae III." [In his 88th year of life, i.e. born in 431]
  23. Martindale 1980, p. 78.
  24. Norwich 1988, pp. 188–9.
  25. Durant 1950, p. 104.
  26. Treadgold, Warren (2001). A Concise History of Byzantium. Houndmills, Hampshire: Palgrave. pp. 56. ISBN 978-0-333-71830-8.
  27. Treadgold, Warren (2001). A Concise History of Byzantium. Houndmills, Hampshire: Palgrave. pp. 57. ISBN 978-0-333-71830-8.
  28. Treadgold, Warren (2001). A Concise History of Byzantium. Houndmills, Hampshire: Palgrave. pp. 57. ISBN 978-0-333-71830-8.