Joan Enrik Vives-i-Siciliya

Joan Enrik Vives-i-Siciliya
kat. Joan-Enric Vives i Sicília
Andorra Knyazlığının şahzadəsi
12 may 2003 – h.h
ƏvvəlkiJoan Marti Alanis
Barselona Yepiskopunun köməkçisi
1993 – 2001
Nonanın Baş yepiskopu
1993 – 2001
Urgel Yepiskopunun köməkçisi
2001 – 2003
Şəxsi məlumatlar
Doğum tarixi (75 yaş)
Doğum yeri Barselona, Kataloniya, İspaniya
Təhsili
Fəaliyyəti professor
Dini Katoliklik
bisbaturgell.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi.[1]

Həyatı

Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.[2]

Nişanları

  • "Xaç" ordeni (5 mart 2010)[3]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər