Jurua çayı
Jurua çayı | |
---|---|
port. Rio Juruá | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 224 m |
Mənsəbi | Amazon çayı |
• Yüksəkliyi | 36 m |
Uzunluğu | 3280 km |
Su sərfi | 4.765 ± 0,001 m³/s |
Su hövzəsi | Atlantik okeanı |
Hövzəsinin sahəsi | 224000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Jurua (port. Juruá) — Amazon çayı[1] nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km[2], hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir.
Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir[3]. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır. Orta su sərfiyyatı 6 min. m³/s təşkil edir. Gursululuq dövrü yanvar-may, azsulu dövrü isə avqust-oktyabrdır.
Hövzəsinin orta axarları güçlü məskunlaşılmışdır. Çay 1823 km məsafədə naviqasiyaya yararlıdır. Qollarından biri olan Tefe çayının sahillərində neft-qaz yataqları vardır.
İstinadlar
- ↑ "Geosfera.Org". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-07.
- ↑ Ziesler, R.; Ardizzone, G.D. Amazon River System // The Inland waters of Latin America. Food and Agriculture Organization of the United Nations. 1979. ISBN 92-5-000780-9. 8 November 2014 tarixində arxivləşdirilib.
- ↑ RESEX do Médio Juruá (Portuguese), ISA: Instituto Socioambiental, 2016-03-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2016-06-16