Kamillo Qolci

Kamillo Qolci
it. Camillo Golgi
Doğum tarixi 7 iyul 1843(1843-07-07)[1][2][…]
Vəfat tarixi 21 yanvar 1926(1926-01-21)[1][2][…] (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı İtaliya İtaliya
Elm sahəsi histologiya
Elmi dərəcəsi
  • tibb doktoru[d] (1868)
İş yerləri
Təhsili
Elmi rəhbəri Culio Bissosero
Üzvlüyü
Mükafatları Nobel mükafatı Fiziologiya və tibb üzrə Nobel mükafatı (1906)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kamillo Holci (7 iyul 1843[1][2][…]21 yanvar 1926[1][2][…], Paviya, İtaliya krallığı[3][4][…]) — italyan alimi, histoloq, Nobel mükafatı laureatı

Həyatı

Məşhur italyan histoloqu (toxumaları öyrənən elm sahəsi) Kamillo Qolci 1843-cü il iyul ayının 7-də İtalyanın Korteno şəhərində doğulmuşdur. Paviya Universitetində məşhur botanik Eusebio Oelanın rəhbərliyi altında tibb təhsili alan Qolci 1865-ci ildə həmin universiteti bitirərək, Paviyadakı San-Matteo xəstəxanasının psixatriya klinikasında fəaliyyətə başlamışdır. Universitetdə müəllimi Culio Bissoseronun laboratoriyasında isə beyinin quruluşu və sinir sistemi sahəsində tədqiqatlarını davam etdirmişdir.

Tədqiqatı

XIX əsrdə mikroskopun texniki imkanlarının inkişafı ilə əlaqədar alimlərin hüceyrə və toxumalar sahəsindəki nəzəri bilikləri xeyli artmış, 1850-ci ildə alman alimi Rudolf Virxovun çapdan çıxmış "Hüceyrə patologiyası" kitabından sonra isə bu sahədəki tədqiqatlar daha da genişlənmişdir. Digər tərəfdən isə beyin hüceyrələrinin (neyronların) araşdırılması zamanı ənənəvi üsullara müraciət edilməsi düzgün elmi nəticələrin alınmasına çətinlik törədirdi.

Kamillo Qolcinin mikroskopik neyroanatomiya sahəsində ilk tədqiqatları 1860-cı illərin sonlarında nəşr olunmuşdur. 1872-ci ildə Abyateqrasso şəhər xəstəxanasının baş sanitar müfəttişi vəzifəsinə təyin edildikdən sonra laboratoriya təcrübələri aparmağa vaxtı və imkanı məhdudlaşdığından tədqiqatlarını evinin mətbəxində davam etdirmiş və neyron toxumalarının azotlu gümüşə batırıldıqda qara rəngə boyandığını aşkar etmişdir.

Bu üsul elm aləmində əvvəlcə ehtiyatla qarşılansa da, 1880-ci illərdən etibarən məşhurlaşmağa başlamışdı. Qolci 1898-ci ildə neyronlar üzərində apardığı tədqiqat zamanı onların arasında incə saplarla hörülmüş tor müşahidə etmiş və buna "Holci kompleksi" adını vermişdir. Bu toxumanın öyrənilməsi yalnız elektron mikroskopun kəşfindən sonra mümkün olmuşdur.

Nobel mükafatı alması

Kamillo Qolci 1906-cı ildə Santyaqo Ramon-i-Kaxalla bərabər "Sinir sisteminin strukturunun öyrənilməsi sahəsindəki fəaliyyətlərinə görə" tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Digər işləri

Qolci, malyariya xəstəliyi ilə bağlı tədqiqatlar da aparmış və gəldiyi qənaət bu sahədə Nobel mükafatının digər laureatı Ronald Rossun fikirlərinə əks olmuşdur. Alim 1900-cü ildə Paviya Universitetinin rektoru, tibb fakültəsinin dekanı təyin olunuş, İtaliya Kralı I Umberto tərəfindən "senator" fəxri adına layiq görülmüşdür.

Vəfatı

Kamillo Qolci 1926-cı il yanvar ayının 21-də Paviya şəhərində vəfat etmişdir.

İstinadlar

  1. 1 2 3 4 Camillo Golgi // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Camillo Golgi // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 3 4 5 6 7 8 Cimino G. GOLGI, Camillo // Dizionario Biografico degli Italiani (it.). 2001. Vol. 57.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər