Kançencanqa
Kançencanqa | |
---|---|
nep. कञ्चनजङ्घा | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Himalay |
Dağ silsiləsi | Himalay dağları |
Mütləq hündürlüyü | 8586[1] |
Nisbi hündürlüyü | 3922 m |
İlk fəthi | 25 may 1955-ci il (Co Braun və Corc Bend) |
Yerləşməsi | |
27°42′09″ şm. e. 88°08′54″ ş. u. | |
Ölkələr | |
Regionlar |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kançencanqa (nep. कञ्चनजङ्घा ) — Himalay dağlarında, eyni adlı Kançencanqa dağ massivində yerləşə dağ. Bəzən bu zirvəni Əsas Kançencanqa adlandırırlar.(8586 m). Kançencanqa səkkizminliklər içərisində hündürlüyünə görə üçüncüdür.
Coğrafiyası
Kançencanqa dağ massivi və əsas zirvələri Nepal və Hindistanın (Sikkim ştatı) sərhəddində yerləşir. Massiv əsasən 5 zirvədən ibarətdir. Zirvələrdən dördünün hündürlüyü 8 km keçir.
№ | Zirvələr | Hündürlük, m |
---|---|---|
1 | Əsas Kançencaqra | 8586 |
2 | Cənubi Kançencaqra | 8491 |
3 | Mərkəzi Kançencaqra | 8478 |
4 | Qərbi Kançencaqra | 8505 |
5 | Kanqbaçen | 7902 |
Əsas və Cənubi Kançencanqa bir-birinə çox yaxındır və hündürlüklərində 95 metr fərq var. Kançencanqa dağ massivinin bir hissəsi Kançencanqa Milli park ərazisinə daxildir (Hindistan, Sikkim ştatı)
Etimologiyası
"Kançencanqa” sözünün mənası "Böyük qarların beş xəzinəsi" deməkdir. Ümumən massiv 5 zirvədən ibarətdir.
Kançencanqa mədəniyyətdə
Kançencaqa, rus humanisti, filosofu və rəssamı Nikolas Reriçin rəsmlərindəki ən sevimli mövzulardan biri idi.
Tarixi
1852-ci ilə qədər Kançencanqa dünyanın ən hündür dağı hesab olunurdu. Ancaq 1849-cu ildə təşkil edilmiş ekspedisiya və tədqiqat işləri nəticəsində Everest dünyanın ən hündür zirvəsi elan edildi.[2] Kançencanqa dağının ilk fəthi 25 may 1955-ci ildə baş vermiş. Britaniyalı ekspedisiya üzvləri Corc Bend və Co Braun tarixdə ilk dəfə olaraq zirvəyə dırmaşmışlar. Müasir dövrdə Kançencanqa dağına fərqli 11 marşrut müəyyən edilmiş (1988-ci ildə Byulerin təklif etdiyi marşrutdan başqa).[3]
Fəth olunma tarixçəsi
1905-ci ildə Kançencanqaya Alister Kroulin rəhbərliyi ilə ilk ekspedisiya təşkil olunmuş. Zirvəyə dırmanış cənub-qərb tərəfdən, Yulunq buzlağında həyata keçirilmiş və 6200 metr hündürlükdə yekunlaşmış. 1929-cu ildə alman ekspedisiyası Sikkim istiqamətindən zirvəyə qalxmış və 7400 metr yüksəklikdən beş gün davam edən tufan səbəbli geri dönmüşlər. 1931-ci ildə ikinci alman ekspedisiyası 7700 metrlik hündürüyə çata bilmiş və texniki çətinlik üzündən geri dönmüşlər. 1975-ci ildə yapon ekspedisiyası ilk dəfə olaraq Qərbi Kançencanqa zirvəsini fəth etmişlər. 1974-cü ildə isə polşalı alpinistlər ilk dəfə olaraq Kanqbaçen zirvəsinə dırmaşdılar. 1983-cü ildə Per Beqin oksigen balonundan istifadə etmədən zirvəyə yetişmişdir.
Dırmaşma çətinliyi
Müasir dövrdə dağa dırmaşmada ölüm hallarının ildən ilə azalmasına baxmayaraq Kançencanqada əksinə bu göstərici durmadan artır. Son illərin statistik məlumatlarına görə ölüm halları 22 % qədər artmış və enmək bilmir. Nepalda bir əfsanə mövcuddur: Kançencanqa dağ-qadındır. O zirvəyə qalxmaq istəyən bütün qadınları öldürür. Uzun müddət bu zirvəyə sağ salamat qalxıb geri dönmüş alpinist qadın britaniyalı Cinett Harrison olmuşdur. O 1988-ci ildə zirvəni fəth etdikdən iki il sonra Dhaulagiri zirvəsinƏ qalxan zaman həlak olmuşdur. 2008-ci ildə avstriyalı qadın alpinist Herlinde Kaltenbryunner, 2009-cu ildə isə ispan Edurne Pasaban və polyak Kinqa Baranovskaya bu zirvəni fəth etmişlər.
İstinadlar
- ↑ "Peakbagger.com". 2013-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
- ↑ (ing.) Letter " from Campbell, on the elevation of peaks in the Himalaya " dans Journal of the Asiatic Society of Bengal, lire en ligne Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine
- ↑ "Канченджанга. Все маршруты восхождения на третий по высоте восьмитысячник мира - 4sport.ua". 4sport.ua. 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.