Karəsi bəyliyi (türk.Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.