Karlos Salinas de Qortari

Karlos Salinas de Qortari
isp. Carlos Salinas de Gortari
1 dekabr 1988 – 30 noyabr 1994
ƏvvəlkiMigel de la Madrid
SonrakıErnesto Sedilyo
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1948(1948-04-03)[1][2] (76 yaş)
Doğum yeri
Təhsili
  • Con Kennedi adına İdarəçilik Məktəbi[d]
Fəaliyyəti iqtisadçı, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karlos Salinas de Qortari (isp. Carlos Salinas de Gortari; 3 aprel 1948[1][2], Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1988-ci ildən 30 noyabr 1994-cü ilə qədər Meksika Prezidenti.

Həyatı

Karlos Salinas 3 aprel 1948-ci ildə Mexikoda anadan olmuşdur. O, 1969-cu ildə Meksika Milli Muxtar Universitetini iqtisadiyyat ixtisası üzrə bitirmişdir. O, Harvard Con F. Kennedi Dövlət İdarəçilik İnstitutu və Harvard İncəsənət və Elmlər İnstitutunda 1973-cü ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi, 1976-cı ildə magistr dərəcəsi və 1978-ci ildə siyasi iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Meksikaya qayıtdıqdan sonra alma-materində professor olmuşdur. Tələbəlik illərindən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmasına baxmayaraq, Migel de la Madridin prezidentliyi dövründə 1982–1987-ci illərdə xidmət etdiyi Planlaşdırma və Büdcə Bürosunun katibi təyin olunana qədər rəsmi olaraq İPP təmsilçisi deyildi.[3]

6 iyul 1988-ci ildə keçirilən prezident seçkilərində 50,7 səs toplayaraq qalib gəlmişdir. Rəsmi nəticələrin açıqlanması etirazlara səbəb olmuşdur. O, prezidenliyi dövründə neoliberal islahatlar həyata keçirmişdir.[3]

İstinadlar

  1. 1 2 Carlos Salinas // Roglo. 1997.
  2. 1 2 Carlos Salinas de Gortari // Munzinger Personen (alm.).
  3. 1 2 Salinas' book, print edition: Carlos Salinas de Gortari, México, un paso difícil a la modernidad (Mexico, a difficult step into modern times) Plaza & Janés. — ISBN 84-01-01492-1.

Əlavə ədəbiyyat

Xarici keçidlər