Karxarinkimilər

Karxarinkimilər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
İnfrasinif:
Euselachii
Dəstəüstü:
Selachimorpha
Dəstə:
Karxarinkimilər
Beynəlxalq elmi adı

Karxarinkimilər (lat. Carcharhiniformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi. Karxarinkimilərə 48 cinsə aid 150 növ daxildir.

Akulanın ən irisi olan balina-akula (uzunluğu 20 m-ə qədər) və nəhəng akula (12-15m) da bu dəstədəndir. Balina akula tək-tək, nəhəng akula qrupla (29-30-u bir yerdə) yaşayır. İri olmalarına baxmayaraq hər iki akula plankton xərçəngkimilər, molyuskalar və xırda balıqlarla qidalanır. Balina akulanın uzunluğu 67 sm, diametri 40 sm olan bir yumurtası olur. Nəhəng akulanın yumurtadiridoğan olması güman edilir.

Bu dəstəyə aid növlər əsasən tropik və mülayim iqlimi olan dənizlərin sahilə yaxın ərazilərdə yaşayırlar. Zolaqlı pələng akula (Proscylliidae) nümayəndəsi dərin sularda yaşayan heyvandır. Karxarinkimilərin bəzi növlərinə, o cümlədən öküz akulaya hətta şirin sularda da rast gəlinir.

Dəstənin mavi akulalar fəsiləsinin 60 növü var. Bunlardan tropik sularda yaşayan kütburun akulanı, Hindistan mavi akulasını, uzunüzgəc akulanı, göy akulanı və s. göstərmək olar.

Həmin dəstənin çəkic akulalar fəsiləsinin 7 növü məlumdur. Bunların uzunluğu 3-6 m-ə çatır. Tropik suların hər yerində rast gəlirlər, çox cəld manevr edən balıqlardır.

Mişardişlikimilərin hamısında arxa üzgəclər, 5 qəlsəmə yarığı, 2 kürək üzgəci, gözün üstündə üçüncü göz qapağı var.

Mişardişlikimilərin bəzisi yumurtlamaqla (məsələn, xallı pələng akula (Schroederichthys maculatus)), digərləri isə diribaladoğmaqla çoxalırlar. Dəstənin nümayəndələri arasında yumurta qoyan, yumurtadiridoğan və diridoğanlar var. Pişik akulanın yumurtalarının sayı 20-yə qədər, diridoğan akulanın balalarının sayı 40-a qədər çatır. Bu akulaların bəzi yerlərdə vətəgə əhəmiyyəti var, bəzən də idman ovu obyekti hesab edilirlər.

Təsnifatı

  • İrigöz akulalar (Hemigaleidae) fəsiləsi
  • Pələng akulalar (Scyliorhinidae ) fəsiləsi
  • Triakidae (Triakidae) fəsiləsi
  • Pseudotriakidae (Pseudotriakidae) fəsiləsi
  • Çəkicbaş akulalar (Sphyrnidae) fəsiləsi
  • Zolaqlı pələng akulalar (Proscylliidae) fəsiləsi
  • Karxarinlər (Carcharhinidae) fəsiləsi
  • Bığlı köpək akulalar (Leptochariidae) fəsiləsi

İstinadlar

Həmçinin bax