Kastrato

Kastrato (it. Castrato) erkən yaşda axtalanmış və buna görə də qadınlara oxşar yüksək səsə sahib olmuş vokal partiyaların ifaçılarına deyilir. Kastratoların adətən səsləri soprano və ya kontralto olur.[1]

Tarixi

Təxminən 400-cü ildə Konstantinopolda imperatriça Evdokiyanın sarayında xədim Brison xor rəhbəri olub, bu da kastratoların bizans xorunda iştirak etmələrinin nümunəsidir. Lakin Brisonun özünün də müğənni olub-olmaması və ya onun həmkarlarının xədim olub-olmaması dəqiq bilinmir 

Axta-müğənnilər Konstantinopolun Müqəddəs Sofiya bazilikasının xorunda IX əsrdə məşhurlaşırlar, və bu populyarlıq 1204-cü ildə Konstantinopola çatan Dördüncü Səlib Yürüşünə qədər davam edir. Sonralar, təxminən üç yüz il sonra, axtaların ifaçılıq ənənəsi XVII əsrin əvvəlində İtaliyada bərpa olunur və təkmilləşdirilir.

Əvvəlcə onlar qadınların iştirak edə bilmədiyi papa kapellasında yüksək partiyaların ifaçıları idilər. Musiqi nәzәriyyәçisi Yevgeni Braudoya görə, papa kapellasında ilk kastrato 1601-ci ildə peydə olmuşdur.[1] Daha sonra kastratolar dünyəvi musiqilərdə də tətbiq edilməyə başlanır. Məlumdur ki, kastratolar 1642-ci ildə Monteverdinin "Popeanın tacgüzarlığı" (it. L'incoronazione di Poppea) operasının ilk göstərişində iştirak etmişdilər, amma tədqiqatçılar qeyd edirlər ki, onlar daha əvvəl də opera tamaşalarında oxuyurdular.[2]

Fizioloji xüsusiyyətləri 

Kastratonun səsi hündürlük, çeviklik və qadına oxşarlıqla seçilirdi, amma bununla belə böyük gücə malik idi və uzunsürən mürəkkəb usta pasajlarını ifa edə bilirdi.[1][3]

Axtaların səs bağıları yetişkənlik dövrü üçün səciyyəvi olan dəyişikliyə məruz qalmırdılar, bunun sayəsində kastratolarda yetişkənlik dövrünə çatmayan oğlanların vokal diapazonu qismən saxlanılırdı. Yeniyetmənin öz boyu və ağciyərlə əzələləri artdıqca, onun səsi xüsusi məşqlərin sayəsində xüsusi çeviklik, adi kişilərin ifa edə bilməyəcəyi soprano da daxil olmaqla, geniş diapazon alırdı. Oğlanlarda olan dar səs yarığı kastratoya vokal nəfəsini qənaətlə istifadə etmək və hədd-buluğa çatmış heç bir müğənninin ifa edə bilmədiyi böyük uzunluqda olan fraqmentləri birnəfəsə oxumağa imkanı verirdi. Bundan başqa, kastrato erkən uşaqlıqda başladığı mövqedə oxumağa davam edirdi, onun artıq hər böyümüş oğlan kimi öz səs apparatını "sıfırdan" öyrətməyə ehtiyyacı yox idi.

Kastratolarda tam axtalanma aparılmırdı, axtalanmanı onlara gənc yaşda səsin mutasiya etməzdən öncə edilirdi, onların qan damarları kəsilirdi, və qanın ora daxil ola bilmədiyinə görə, orqanizmin hormonal inkişafı dəyandırılırdı.

Axtaların incəsənətinə maraq

Hazırda kastratolar üçün yazılmış partiyaları qadınlar və ya kontratenorlar ifa edirlər.

Müğənni Çeçilia Bartoli 2009-cu ildə barokko dövründə kastratolar üçün yazılmış ariyalardan ibarət "Sacrificium" adlı albom buraxmışdır. Alboma Hendelin "Ombra mai fu", Rikkardo Broskinin "Son qual nave" kimi məşhur ariyalar daxil edilmişdir.

İstinadlar

  1. 1 2 3 Yevgeni Braudo. Отдел третий. Глава 15 // [https://web.archive.org/web/20181107031703/http://www.opentextnn.ru/music/epoch%20/braudo/Bd.2.%20XVII-XIX%20century/?id=1533 Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine [1]]. — Всеобщая история музыки. — М.: Государственное издательство Музыкальный сектор, 1930. — Т. 2. — 267 с. — 2000 экз. (rusca)
  2. Tamara Livanova. Опера в Неаполе. Алессандро Скарлатти // [https://web.archive.org/web/20200210074034/http://early-music.narod.ru/biblioteka/livanova-385-399.htm Arxivləşdirilib 2020-02-10 at the Wayback Machine [2]]. — История западноевропейской музыки до 1789 года. — М., 1983. — Т. 1. — 696 с.(rusca)
  3.  Кастрат — "Большой советской энциклопедия"-dan məqalə

Ədəbiyyat