Katti Sark

Katti Sark
Cutty Sark
Ölkə
Mənşə ölkə
İstehsal yeri Dambarton
Sürəti 8,82 m/san.
Uzunluğu
  • 100.000.000 m[2]
Kütləsi 2.133 t
Su sıxışdırması 6,4 m
Dəyəri 16.150 £[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Katti Sark", 2012 -ci il restavrasiyasından sonra

"Katti Sark" (ing. Cutty Sark) — Bu günə qədər də qorunub saxlanılan yeganə və ən məşhur çay kliperlərindən biri. 1869-cu ildə qurulmuşdur. Hal-hazırda Qrinviçdə quru limanında yerləşir.

2007-ci il 21 may tarixində baş vermiş yanğın nəticəsində gəmiyə çox ciddi şəkildə ziyan dəymişdir. Restavrasiyadan sonra təkrar açılışı 2012-ci ildə baş tutmuşdur.

Gəminin tarixi

"Katti Sark"ın yaradılması

Kliper Herkules Linton (Hercules Linton) tərəfindən proektləşmiş və 1869-cu il 23 noyabr tarixində ləqəbi "Ağ silindr" olan kapitan Con Cok Uillisin sifarişi ilə Scott&Linton kompaniyası tərəfindən şotland şəhəri Dambartonda (Dumbarton) çaya buraxılmışdır. Kapitana Çindən çay daşınması üçün dünyada ən sürətli kliper lazım idi.

Adının tarixi

"Katti Sark" şotland dilindən tərcümədə "qısa köynək" mənasını verir. Kliperin gələcək sahibi, kapitan Con Uillis şəkilli qalereyalardan birinə girəndə, bataqlıq üzərindən şabaşa uçan qısa gecə köynəyi geyinmiş cavan əcinnənin təsviri olan bir rəsm əsəri görür. Onda o gəmiyə bu əcinnənin adını verməyi qərara alır. Lakin inanclara inanan dənizçiləri (xüsusilə XIX əsrdə) əcinnə adını daşıyan gəmiyə ekipaj kimi yığmaq mümkün olmayacaqdı. Beləliklə, heç bir inanca səbəb olmayan indiki adı seçildi. Amma kliperin burun hissəsində əcinnənin təsviri vardır.

Digər bir versiyaya görə, kapitan Con Uillis kliperi "Dəniz əcinnəsi" ("Sea Witch") adlandırmaq istəyirmiş. Amma sonradan məlum olur ki, bu adda artıq gəmi varmış. Onda o, Robert Bernsün "Tam O’Shanter" poemasının qadın qəhrəmanı olan cavan əcinnənin ləqəbi olan "Cutty-sark" adını seçmişdir.

Gəminin burun hissəsində "Tam O' Shanter" poemasında ləqəbi "Katti Sark" olan Nanni Di adlı cavan əcinnə təsvir olunmuşdur.

Məşhurluğunun səbəbi

Kliper o dövrdə Çindən çay daşınmasında istifadə olunmuşdu. Kliperə məşhurluğu 1872-ci ildə "Fermopil" kliperi ilə sürətlə bağlı yarış qazanmışdır. Hər iki kliper 18 iyun tarixində Şanxaydan çıxır. Amma 2 həftədən sonra "Katti Sark" güclü fırtına nəticəsində sükanını itirir və kapitan Moudi gəmidə sükan düzəldilənə qədər gəmini fırtınadan ancaq üzən lövbər sayəsində xilas edə bilir. İş 8 sutka davam etsə də, fırtına hələ bitməmişdi. Bunun nəticəsində "Katti Sark" Londona "Fermopil"dən bir həftə sonra Londona çatmış və bu səyahətə 122 gün vaxt itirmişdir. Buna baxmayaraq, kliper kapitanın sükanı itirsə belə, yarışmanı davam etdirməsi ilə tarixdə qalmışdır.

Kliper tarixinin sonu

Həmin dövrdə kliperlər artıq paroxodlarla əvəz olunmağa başlamışdı. 1895-ci ildə kapitan Uillis kliperi "Fereyra" adlı portuqal şirkətinə satır. Bundan sonra gəmini bir neçə dəfə almış və təmir etmişdilər. Bu cür tendensiya 1922-ci ilə kimi davam etmişdir. Həmin ildə kliperi kapitan Uilfrid Doumen almışdır.

"Katti Sark"ın bugünkü günü

"Katti Sark" dünyada ən uğurlu kliperlərdən biri hesab olunur. 1954-cü ildə kliper Qrinviçin quru limanında əbədi dayanacağını tapdı.

Gəmi turistlər arasında kifayət qədər məşhurdur. Kliper demək olar ki, şəhərin mərkəzində yerləşir. Onun yanında Qrinviç parkı (Greenwich Park), Milli dəniz muzayi (National Maritime Museum) yerləşir.

Kliperin tarixi hətta, viski növlərindən birinə də adının verilməsilə yadda qalmışdır.

Yanğın

2007-ci il 21 may tarixində gəmidə yanğın baş vermişdir. Yanğın bütün gəmini tez bürümüş və nətəcədə gəminin 80% məhv olmuşdur.

Mütəxəssislərin hesablamalarına görə, yanğının dəyəri 10 milyon funt sterlinq olmuşdur. Restavrasiya 5 il davam etmiş və 50 milyon funt sterlinq pul xərclənmişdir. Kliper yenidən turistlər üçün 2012-ci il 25 aprel tarixində açıq olmuşdur.

İstinadlar