Ketonlar

Ketonlar - Molekullarının tərkibində iki karbohidrogen radikalı ilə birləşmiş karbonil ›C=O qrupu olan üzvi maddələrə deyilir.

Adlandırılması

Ketonları adlandırmaq üçün onların molekullarının tərkibinə daxil olan radikalların adına "keton" sözü və ya ketonun uyğun olduğu doymuş karbohidrogenin adına -on şəkilçisi əlavə edilir. Məsələn, CH3-CO-CH3 - dimetilketon və ya propanon, CH3-CO-CH2-CH2-CH3 - metilpropilketon və ya pentanon-2.