Kiçik Məzrə
Kiçik Məzrə | |
---|---|
![]() | |
40°15′29″ şm. e. 45°43′21″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.930 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
![]() |
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[2]
Tarixi
Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Məzrə`ə formasında[3], Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi[4] qeyd edilmişdir. Kəndin bir adı da "Qulu ağalı" olmuşdur[5].
Kəndin əfazisində X–XII əsrlərə aid alban kilsəsi, IV–VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən məzrə (məzru) sözü əsasında[6] formalaşmışdır. "Bala" fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Əhalisi
Kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912[8], 1987-ci ildə 2000 nəfər[9] azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
1988-ci ildə azərbaycanlıların məcburən Ermənistandan köçürülməsi zamanı qətlə yetirilən kənd sakinləri:
- Nəsibov Qurban Bəxtiyar oğlu (1926)
- Nigar Cibi qızı (1944)
- Sadıqov Qurban Həsən oğlu (1945)
- Musayev Şamo Qaraca oğlu (1928)
Tanınmışları
- Məlahət Həsənova — millət vəkili.
- Hüseyn Cahangirov — polkovnik-leytenant.
- Aydın Rəsulov — fizika -riyaziyyat elmləri namizədi, dosent
- Akif Rəsulov — əməkdar müəllim, məktəb direktoru
- Məcnun Göyçəli — şair.
- Füzuli Sabiroğlu — rejissor.
- Nizami Novruzov — fəlsəfə doktoru, Bakı məktəblərində direktor.
- Rasim Musayev — polis general-mayoru, Daxili Təhqiqatlar İdarəsinin rəisi.
İstinadlar
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.62
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.164
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 164
- ↑ Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.343
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.27, 113
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.290