Kim Petras

Kim Petras
alm. Kim Petras
Petras 2021-ci ildə
Petras 2021-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi (32 yaş)
Doğum yeri Köln, Almaniya
Musiqiçi məlumatları
Fəaliyyəti
  • müğənni
  • bəstəkar
Fəaliyyət illəri 2008–h.h.
Janr
Albom şirkəti
  • Bionic Ballroom
  • BunHead
  • Amigo
  • Republic
Üzvlüyü K/DA
kimpetras.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kim Petras (27 avqust 1992[1], Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar[2] buraxmışdır.

Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başlayıb. 2011-ci ildə "One Piece of Tape" adlı debüt minialbomunu yayımlayıb. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı debüt sinqlını çıxarıb. Onun həmin mahnısı beynəlxalq hitə çevrilib — Spotify və çox sayda musiqi hit-paradlarında birinci pilləyə çatıb.[3] Kimin Billboard-da hit adını qazanan digər mahnılarına daxildir: "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə).

O, həmçinin "Petras Era 1" adlanan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını da təqdim edib. 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt studiya albomunu buraxıb.[4] Albom çıxmazdan əvvəl o, doqquz həftə boyunca tanıtım kampaniyası keçirib. Bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxıb. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazanıb. Eyni zamanda, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar çartpnda isə 26-cı pilləyə çatıb. Petras 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"ı yayımlayıb. 2020-ci ildə Petras "Malibu" və Kygo ilə ikinci əməkdaşlığı olan "Broken Glass" mahnısı ilə daha bircuğur qazandı.

2021-ci ildə Petras Republic Records ilə müqavilə bağlayıb. 2022-ci ildə 7 trekdən ibarət minialbomu olan "Slut Pop"u dərc edib.

Həyatı

Kim Petras Köln şəhərində anadan olub. O, doğulanda kişi təyin edilərkən valideynləri onun qız kimi olduğunu öyrəndilər.[5] 2006-cı ildə, o zaman 13 yaşında olan Petras, cinsiyyət dəyişimini müzakirə etdiyi Alman televiziyasının cari məsələlər şousunda göründü. Petras 14 yaşında sənədli filmdə və tok-şouda,[6][7] Almaniyada minimum 18 yaşından əvvəl 16 yaşında cinsiyyətin erkən dəyişdirilməsi əməliyyatı üçün icazə almaq üçün təkan verdi Bu çıxışlar onun dəyişimini beynəlxalq mediada işıqlandırılması ilə nəticələndi və onu "dünyanın ən gənc transseksualı" kimi təqdim etdi.[8]

2007-ci ilin sentyabrında Almaniyanın saç salonları şəbəkəsində model oldu.[9] Petras Frankfurt Xəstəxanasının psixiatriya bölməsinin rəhbəri Dr Bernd Meyenburq tərəfindən qiymətləndirilmiş və 16 yaşında cinsiyyət əməliyyatı üçün təsdiq edilmişdir;[10] Petras 2008-ci ilin noyabrında əməliyyatın tamamlandığını elan etdi[11]. The Daily Telegraph Petrasın o dövrdə bu əməliyyatı keçirən dünyada ən gənc insan olduğunu iddia etdi. Əməliyyatı haqqında o, "Məndən soruşdular ki, indi özümü qadın kimi hiss edirəm — amma həqiqət odur ki, özümü həmişə qadın kimi hiss etmişəm — sadəcə olaraq yanlış bədənə düşmüşəm" dedi.[12]

BuzzFeed-ə verdiyi müsahibədə, yazdığı ilk mahnının "ikinci sinifdə oxuyan və məni sevməyən oğlan haqqında" olduğunu söylədi.[13]

İstinadlar

  1. Kim Petras // Discogs (ing.). 2000.
  2. Aswad, Jem. "Pop Singer-Songwriter Kim Petras Signs With Republic Records (EXCLUSIVE)". Variety. 26 August 2021. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2021.
  3. "Kim Petras' new single is a bratty banger". 16 January 2018. 22 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2018.
  4. Ahlgrim, Callie. "Kim Petras breaks down the 3-year creation of her new single 'Malibu' and teases her colorful debut album: 'I don't feel heartbroken anymore'". Insider. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2021.
  5. "About me « Kim Petras". 20 February 2012. 20 February 2012 tarixində orijinalından arxivləşdirilib.
  6. Kims Kindheit im falschen Körper Arxivləşdirilib 2015-02-28 at the Wayback Machine ("Kim's childhood in the wrong body") (German) – Stern (2006)
  7. "Mann oder Frau?" Arxiv surəti 18 iyul 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 iyul 2009 at the Wayback Machine – television documentary on VOX (German TV channel) show Stern TV-Reportage
  8. "The Glow-Up of Kim Petras". Paper. 26 July 2019. 1 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2020.
  9. Fotoshooting mit Kim im Unisex Bonn 1 September 2007 – unisex-friseure.de
  10. "Kim Petras 5 Fast Facts You Need to Know". heavy.com. 15 November 2019. 1 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2020.
  11. Gender reassignment surgery blog post (26 November 2008)
  12. "Trans Pop Star Kim Petras Shares Debut Dr. Luke-Produced Single". out.com. 2 August 2017. 23 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2020.
  13. "Kim Petras Tells Us About Her First Times". YouTube. BuzzFeed Celeb. 12 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2020.