Kolobjeq
Kolobjeq | |||||
---|---|---|---|---|---|
|
|||||
54°10′34″ şm. e. 15°34′34″ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1000 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 78-100–78-106 | ||||
Digər | |||||
kolobrzeg.pl | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kolobjeq (pol. Kołobrzeg [kɔˈwɔbʐɛk] dinlə, kaşub Kòlbrzég), əvvəllər Kolberq (alm. ⓘ) — Polşanın şimal-qərbində, Kopalin voyevodalığında şəhər. Baltik dənizi sahilində liman. Dəmiryol qovşağı.[3]
Tarixi
VII–VIII əsrlərdə yaşayış məskəni olmuşdur, IX əsrdə burada qəsr salınmışdır, 1000-ci ildə Kolobjeq yepiskopluğunun əsası qoyulmuşdu. 1255-ci ildə şəhər hüququ almış, almanlaşdırmaya məruz qalmışdır. XIV əsrin əvvəlində Hanzanın üzvü idi. Yeddiillik müharibədə (1756–1763) rus qoşunlarına təslim olmuşdur. İkinci Dünya müharibəsi zamanı şəhər 18 mart 1945-ci ildə azad edilmiş və yenidən Polşaya birləşdirilmişdir.[3]
İqtisadiyyat
Balıqçılıq və balıq emalı, maşınqayırma sənayesi var. Kolobjeq dənizkənarı iqlim kurortudur. Kolobjeqdə sinir sisteminin funksional pozğunluğuna, vərəm mənşəli olmayan tənəffüs yollarının xəstəliklərinə, anemiya və s. tutanlar müalicə olunur. Sanatoriya, su müalicəxanaları, istirahət evləri var.[3]
İstinadlar
- ↑ 1 2 archINFORM (alm.). 1994.
- ↑ https://bdl.stat.gov.pl/api/v1/data/localities/by-unit/023216308011-0950026?var-id=1639616&format=jsonapi.
- ↑ 1 2 3 Колобжег // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 443.
Xarici keçidlər
- Vikianbarda Kolobjeq ilə əlaqəli mediafayllar var.
- kolobrzeg.pl — Kolobjeq rəsmi saytı