Konakri

Konakri
Conakry
ߞߐߣߊߞߙߌ߫
Kɔnakiri
𞤑𞤮𞤲𞤢𞥄𞤳𞤭𞤪𞤭
9°30′33″ şm. e. 13°42′44″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 450 km²
Mərkəzin hündürlüyü 13 m
Saat qurşağı
  • Qrinviç vaxtı[d]
Əhalisi
Əhalisi
  • 1.667.864 nəf. (2014)
Xəritəni göstər/gizlə
Konakri xəritədə
Konakri
Konakri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konakri (ing. Conakry) — Qvineyanın paytaxtı və ən böyük şəhəri. Atlantik okeanı sahilində liman. Şəhər bir-biri ilə torpaq bənd vasitəsilə birləşdirilmiş Tombo adası və Kalum yarımadasını əhatə edir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 1 931 184 nəfərdir. Sahəsi 308 km² təşkil edir.

Tarixi

Şəhər 1884-cü ildə salınmış və 1904-1958-ci illərdə Fransız Qvineyasının inzibati mərkəzi olmuşdur. 1958-ci ildə ölkənin Fransadan müstəqillik qazanmasından sonra Konakri yeni dövlətin paytaxtı elan olunmuşdur. 1970-ci ildə Qvineya-Bisauda müstəmləkəçilik əleyhinə gedən mübarizəni yatırtmağa çalışan Portuqaliya ordusu üsyançılara yardım edən Qvineyanın paytaxtını 350 əsgərin iştirak etdiyi əməliyyat nəticəsində bir günlük ələ keçirmiş, 26 portuqalı əsirlikdən azad edərək, buradakı Qvineya-Bisau üsyançılarının infrastrukturunu məhv etmişdi.