Kosmos (bitki)

Kosmos
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kosmos (lat. Cosmos) — bitkiləraləminin astraçiçəklilərdəstəsinin mürəkkəbçiçəklilərfəsiləsinə aid bitki cinsi.

Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır. Birillik kosmos bitkisindən yaşıl çəpərlərin salınmasında istifadə edilir. Bozumtul-sarı kosmos növünün vaxtlı-vaxtında budanması, onun xarici görkəminin dekorasiya əsasında qurulmasına şərait yaradır. Bu bitkinin bir çox növləri Azərbaycanda becərilir.

Sinonimləri

Heterotipik sinonimləri

  • Cosmea Willd.

Növləri

  • Cosmos atrosanguineus (Hook.) Voss
  • Cosmos bipinnatus Cav.
  • Cosmos carvifolius Benth.
  • Cosmos caudatus Kunth
  • Cosmos concolor Sherff
  • Cosmos crithmifolius Kunth
  • Cosmos deficiens (Sherff) Melchert
  • Cosmos diversifolius Otto ex Knowles & Westc.
  • Cosmos intercedens Sherff
  • Cosmos jaliscensis Sherff
  • Cosmos juxtlahuacensis Panero & Villaseñor
  • Cosmos landii Sherff
  • Cosmos linearifolius (Sch.Bip.) Hemsl.
  • Cosmos longipetiolatus Melchert
  • Cosmos mattfeldii Sherff
  • Cosmos mcvaughii Sherff
  • Cosmos modestus Sherff
  • Cosmos montanus Sherff
  • Cosmos nelsonii B.L.Rob. & Fernald
  • Cosmos nitidus Paray
  • Cosmos ochroleucoflorus Melchert
  • Cosmos pacificus Melchert
  • Cosmos palmeri B.L.Rob.
  • Cosmos parviflorus (Jacq.) Pers.
  • Cosmos peucedanifolius Wedd.
  • Cosmos pringlei B.L.Rob. & Fernald
  • Cosmos pseudoperfoliatus Art.Castro, Harker & Aarón Rodr.
  • Cosmos purpureus (DC.) Benth. & Hook.f. ex Hemsl.
  • Cosmos ramirezianus Art.Castro, Harker & Aarón Rodr.
  • Cosmos scabiosoides Kunth
  • Cosmos schaffneri Sherff
  • Cosmos sessilis Sherff
  • Cosmos sherffii Melchert
  • Cosmos steenisiae Veldkamp
  • Cosmos sulphureus Cav.

İstinadlar

Həmçinin bax