Kvark ulduzu

Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür.

Tarixi

Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb.[1] Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib.

Xüsusiyyətləri

Kvark-qluon plazmasından[1] ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təziq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təziq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır.[2] Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.

Namizəd ulduzlar

  • RX J1856.5–3754 Günəş sistemimdən 150 işıq ili uzaqlıqda neytron ulduzu olaraq kəşf edildi. Lakin, J. J Dreyk və həmkarları 2002-ci ildə Çandra kosmik teleskopu vasitəsilə əldə olunan dəqiq məlumatlardan istifadə edərək bu cismin kvark ulduzu ola biləcəyini irəli sürdü. Onların verdiyi məlumatlara görə cismin radiusu 3,8–8,2 km[3] (neytron ulduzlarında 12 km) arasındadır və təxminən 400 işıq ili uzaqlıqda yerləşir. Bu radius isə bir neytron ulduzu üçün çox kiçik idi. Bundan sonrakı inkişaf etmiş təchizatlarla aparılan hesablamalarda Dreykin və həmkarlarının verdiyi təxmini məsafə doğrulandı, amma cismin radiusunun daha böyük olduğu ortaya çıxdı.
  • Kanadanın Kalqari Universitetinin alimləri 18 sentyabr 2006-cı ildə kəşf edilən parlaq süpernova SN 2006gy-nin qalıqlarının kvark ulduzu ola biləcəyini irəli sürdülər.
  • 2008-ci ildə supernova müşahidələri zamanı supernova SN 2005gj, SN 2005apSN 2005ap-nin də kvark ulduzu ola biləcəyi qənaətinə gəldiklərini bildirirdilər.[4]
  • Supernova SN 1987A-nın dağılmış nüvəsinin kvark ulduzu ola biləcəyi irəli sürüldü.[5][6]
  • 2006-cı ildə, Pekin Universitetindən You-Ling Yue və həmkarları PSR B0943+10-un əslində az kütləli kvark ulduzu ola biləcəyini ortaya atdılar.[7]
  • 2015-ci ildə Nankin Universitetindən Zi-Gao Dai supernova ASASSN-15lh-nin yeni yaranmış qəribə-kvark ulduzu olduğunu irəli sürdü.[8]

Mənbə

İstinadlar

  1. 1 2 Иваненко Д.Д., Курдгелаидзе Д.Ф. Гипотеза кварковых звезд // Астрофизика. — 1965. — Т. 1. — С. 479–482. (rus dilində)
  2. "Звезды, кварковые и нейтронные (rus dilində)". 2008-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.
  3. "Is RX J1856.5–3754 a Quark Star?(ingilis dilində)". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  4. Chadha, Kulvinder Singh;"Second Supernovae Point to Quark Stars" Arxivləşdirilib 2010-01-25 at the Wayback Machine, Astronomy Now Online, 2008 June 04
  5. Chan; Cheng; Harko; Lau; Lin; Suen; Tian. "Could the compact remnant of SN 1987A be a quark star?". Astrophysical Journal. 695 (1). 2009: 732–746. arXiv:0902.0653. Bibcode:2009ApJ...695..732C. doi:10.1088/0004-637X/695/1/732.
  6. Parsons, Paul; "Quark star may hold secret to early universe" Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine, New Scientist, 2009 February 18
  7. Yue, You-Ling; Cui, Xiao-Hong; Xu, Ren-Xin. "Is PSR B0943+10 a low-mass quark star?". Astrophysical Journal. 649 (2). 2006: L95–L98. arXiv:astro-ph/0603468. Bibcode:2006ApJ...649L..95Y. doi:10.1086/508421.
  8. Dai, Zi-Gao; Wang, Shan-Qin; Wang, J. S.; Wang, Ling-Jun; Yu, Yun-Wei. "The Most Luminous Supernova ASASSN-15lh: Signature of a Newborn Rapidly-Rotating Strange Quark Star". The Astrophysical Journal. 817 (2). 2015-08-31: 132. arXiv:1508.07745. Bibcode:2016ApJ...817..132D. doi:10.3847/0004-637X/817/2/132.

Xarici keçidlər