Laperuz boğazı
Laperuz boğazı | |
---|---|
yap. 宗谷海峡 | |
Ümumi məlumatlar | |
Eni | minimum 43 km |
Uzunluğu | 94 km |
Ən böyük dərinliyi | 118 m |
Orta dərinliyi | 20-40 m |
Yerləşməsi | |
45°43′20″ şm. e. 142°01′36″ ş. u. | |
Ölkələr | |
Ayırır | Saxalin adasını Xokkoyda adasından |
Sonuncu burun | Krilon/Soya-Misaki |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Planlar
Müəyyən zamanlarda tunel tikintisi ilə boğazın altı ilə Saxalin adasına yol çəkilişi planlaşdırılırdı. Hədəf isə Yaponiyanı materikə birləşdirən yol tikintisi idi. Ancaq hal-hazırda bununla bağlı heç bir tədbir görülmür.
Mənbə
- Laperuz boğazı Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine