Liquriya bayrağı

Liquriya bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Dizayn şaquli vəziyyətdə olan yaşıl, qırmızı, göy rənglər; Liquriya gerbi

Liquriya bayrağı (liq. Bandêa da Ligûria) – İtaliyanın Liquriya regionunun rəsmi simvollarından biridir. 7 iyul 1997-ci ildə qəbul edilib.[1][2]

Simvolizm

Hər bir rəngin öz mənası var:

  • Yaşıl rəng Liquriya Alplarını və Apennini simvolizə edir.
  • Qırmızı rəng İtaliyanın birləşdirilməsi üçün tökülən qanları simvolizə edir.
  • Göy rəng Liquriya dənizini simvolizə edir.

Bayrağın ortasında Liquriyanın gerbi yerləşir. Karavella regionun ticarət və dənizçilik keçmişini təmsil edir. Onun üstündə Genuya RespublikasınınGenuya şəhərinin bayrağı yerləşir. Dörd ədəd altıguşəli ulduz isə Liquriyanın 4 əyalətini təmsil edir: Genuya, Spetsiya, İmperiyaSavona.

İstinadlar

  1. "Flag Identifier". 18 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2017.
  2. Breschi, Roberto. "ITALY - Regions" (italyan). 14 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2017.