Məlikəhmədli

MƏLİKƏHMƏDLİ
39°26′58″ şm. e. 46°30′50″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Məlikəhmədli xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MəlikəhmədliAzərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunmuşdur.

Toponimikası

Məlikəhmədli kəndi Bərgüşad çayı sahilindədir. Keçmiş adı İydəli olmuşdur. Kəndi vaxtilə məlikəhmədli nəsli İydəli adlı sahədə salmışdır. Hal-hazırda kənd həmin nəslin adını daşıyır.[2]

Əhalisi

1907-ci ildə kənddə 30 Qafqaz tatarı (Azərbaycan türkü), 1908-ci ildə də 30 türk yaşayırdı[3]. Kənd işğala qədər 56 evdən ibarət olmuşdur.

Tanınmış şəxsləri

  • Mais Səfərli – Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı
  • Yaşar İsa oğlu Ağayev (04.01.1947-10.01.1994) - şəhid.
  • Ağamməd İsa oğlu Ağayev (20.10.1959-22.11.1992) - şəhid.
  • Güloğlan Məhəmməd oğlu Məmmədov (04.01.1963-19.02.1992) - şəhid.

Şəkilləri

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. "Зангезурский уезд на 1908 год". 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021 Հունիս 8.

Xarici keçidlər