Məlikli (Ağdərə)

Məlikli
40°06′17″ şm. e. 46°45′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Məlikli xəritədə
Məlikli
Məlikli

Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi

1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır.[3] 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Toponimikası

Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.[5]

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax