Maktan döyüşü
Maktan döyüşü — Filippin əraizində 28 aprel 1521-ci ildə baş vermiş döyüş. Hazırda Filippinə aid Maktan adasının hökmdarlarından biri Lapu-Lapu ilə İspaniya qoşunlarının komandanı Fernan Magellanın qoşunları arasında baş vermiş döyüşdə ikincisi öldürülmüşdür.
Döyüş öncəsi
16 mart 1521-ci ildə Fernan Magellan özünün dövrü aləm səyahəti zamanı Molukk adaları arasından İspaniyaya yol axtararkən üfüqdə hazırkı Samar adasını görür. Növbəti gün o silahdaşlarına Homonhon adası sahillərinə lövbər atmağı əmr edir. Magellan və onun komandasıə adada olan ilk avropalılar olmuşdur. Onun Kulambu və Siaqu hökmdarları ilə söhbəti uğurlu olur. Onlar Magellanı sebu adasına aparırlar. Burad isə adanın ali hökmdarı yaşayırdı. Magellan onu və həyat yoldaşını xristianlığı qəbul etməyə inandıra bilir. Xristianlığı qəbul etdikdən sonra hökmdar ispan kralı Filippin adını alır. Həyat yoldaşına iosə kralın anasının adı verilir. Magellan bu gedişdən razı qalır və hökmdara kiçik isa fiqurunu verir. Bundan sonra Humabon racası onun vassallığında olan bütün döyüşçülərə xristianlığı qəbul etməyi əmr edir. Üstəlik bu işdə Magellana köməkdə göstərir.
Sərkərdələrin böyük qismi hökmdara tabe olur. Ancaq Lapu-Lapu bu əmrə tabe olmure və mərkəzi hakimiyyəti tanımadığını bildirir. Humbon racası və Zulu datusu Magellana Maktan adasına getməyi və güç yolu ilə Lapu-Lapunu tabe etdirməyi məsləhət görür. Magerllan bunu şans olaraq görür və üsyan qaldırmış sərkərdəni özü ram etməyi düşünür.
Döyüş
Tarixçi Antonio Piqafettanın yazdıqlarına görə Magellan sözlərlə Lapu-Lapaunu fikirindən daşındırmağa çalışdsa da bir nəticə əldə olunmamışdır. Üstəlik sərkərdə tərəfindən aqresiyanın müşhisdə edilmədi onu fikirindən döndərmişdir. Səhərsi gün səhər saatlarında 28 apreldə Magellan lövbər salır. Əlverişsiz şərait səbəbindən odlu silahdan istifadə edə bilmir.
Lapu-Lapunun qoşunu təqribi olaraq 1500 nəfdərdən ibarət idi. Magellan onları qorxumaq məqsədi ilə Bulaya kəndindəki bir neçə evi yandırır. Anczaq bu addım adalıların qəzəbini dahada artırır[1]. Bu anda aprolalılartın üzərinə xeyli sayda döyüşçü tökülür. Magellan ayağından qılınc zərbəsi alır. Lapu-Lapu döyüşü udur. Ancaq bir çoxları o cümlədən Antonio Piqafetta qayıqlarla qaça bilir. Antonio Piqafettanın sözlərinə görə 3 avropalıdan başqa bir necə xristianlığı qəbul etniş yerlidə öldürülür. .
Humabon və Zulu hökmdarları döyüşə girməmiş hər şeyi aralıdan izləmişlər. Piqafettanın sözlərinə görə Humabon Lapu-Luya Magelanın meyidi müqavilində çoxlu mal vəd etmişdir. Ancaq Lapu-Lapu meyidi qaytarmamışdır. Döyüşdən sonra hökmdar iştirakçılara bir şənlik təşkil edir. Sonucda isə Xuan Sebastian 1 gəmi ilə səyahəti başa vura bilmişdir.
Filippin tarixinə təsiri
Hazırda Lapu-Lapu Filippinin millli qəhrəmanı hesab edilir. Üstəli avropalı işğalçılara dirənən ilk şəxs olaraq tanınır. Ancaq onuda qeyd etmək lazımdır ki, o zaman Filippin vahid dövlət olmamışdır. Onun adına bier çox obyektlər adlandırılmışdır. Magellanın öldüyü yerdə məbəd vardır. Bu məbədin qarçısında isə Lapu-Lapuya abidə qoyulmuşdur.
İstinadlar
- ↑ "The Death of Magellan, 1521". www.eyewitnesstohistory.com. 2008-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.