Mamma Mia! (film)

Mamma Mia!
ing. Mamma Mia!
Janr romantik komediya, musiqili film[1][2][…]
İcraçı prodüserlər Tom Henks[3]
Baş rollarda
Distribütor UIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi 30 iyun 2008[7]
Müddət 108 dəq.
Gəlir 609.896.805 $[8]
Ölkələr
Dil ingilis dili[11]
Rəng rəngli
Çəkiliş yeri Yunanıstan, Lloyds binası
IMDb ID0795421
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mamma Mia! — Fillida Lloydun rejissorluğu ilə 2008-ci ildə çəkilmiş musiqili film.

Film haqqında

  • Filmin çəkilişləri LondondaYunanıstanda aparılıb.
  • Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır.
  • Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi.
  • Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı.
  • Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri — Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular.
  • Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi.
  • Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır. Müziklda 22, filmdə isə 19 mahnı səslənib.
  • Filmin 2 versiyası çəkilmişdi. Bunlardan 1-də müzikl aktyorları, digərində isə kino ulduzları iştirak etmişdilər.

Xarici keçidlər